Alternative content

20:23 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bazarlarda bolluq və ucuzluqdur
Bazarlarda bolluq və ucuzluqdur
ANA SƏHİFƏ / Oxucu məktubları
12:03 31.03.2016

 

Ərzaq təhlükəsizliyi önəmli məsələdir. İllər əvvəl bazarlarımızda satılan mənşəyi məlum olmayan ərzaq məhsullarını məcburən alıb istifadə edəndə sağlamlığımızı və gələcəyimizi nə qədər təhlükəyə atdığımızı düşünürdüm. Amma çarə yoxdu: olanla, təklif edilənlə keçinməli idik. Şükür ki, belə hal uzun sürmədi - istehlak bazarında yerli məhsullar dominantlıq etməyə başladı. Eləcə də keyfiyyətə nəzarət mexanizmi təkmilləşdirildi. İndi istifadə etdiyimiz ərzaq məhsullarının əksəriyyəti yerli istehsaldır, qiymətləri münasib,  keyfiyyətləri də yüksəkdir. İlin bu fəslində bazardan aldığımız bütün ərzaqların, hər cür ət və süd məhsullarının, meyvə-tərəvəzin keyfiyyətinə artıq şübhəm yoxdur. Dükan-bazarlarımızda yerli məhsulların bolluğu isə məqsədyönlü sosial-iqtisadi siyasətin, kənd təsərrüfatına göstərilən qayğının nəticəsidir. Əgər son illər yeni istixanalar, soyuducu anbarlar yaradılmasaydı, qış fəslində belə bolluq və ucuzluq olmazdı.

Muxtar respublikanın bazar və ticarət obyektlərində nə süni qiymət artımına rast gəlirik, nə də gündəlik tələbat mallarının və digər istifadə etdiyimiz məhsulların qıtlığından şikayətimiz var. Bu haqda yalan xəbərlər yaymaqla əhali arasında çaşqınlıq yaradanları və vətəndaşları dövlətdən narazı salmaq istəyənləri qınayırıq. Belə insanlara deyiləcək tək bir sözümüz var: əl-qolunuzu çırmalayıb bir işin qulpundan yapışın, ölkəyə, millətə fayda verin. Yaxud, heç olmasa, başqalarına - iş görənlərə mane olmayın.

 

Ramiz QULİYEV,

Naxçıvan şəhər sakini