Alternative content

14:44 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 80
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 80
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:03 30.03.2016

 

№ 80                                                  Bakı şəhəri, 23 fevral 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1362-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 676 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 186 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 688; 2015, № 3, maddə 327) ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Tibbi yoxlama icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti əsasında aparıldıqda, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması həkim-narkoloq tərəfindən müəyyən edilir.”.

2. 10-cu hissənin beşinci abzası altıncı abzas hesab edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“inzibati xətalar haqqında işlər üzrə icraat zamanı inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək üçün;”.

3. 14-cü hissədə “məhkəmənin qərarı əsasında tibbi yoxlamanı aparan həkim-məsləhət komissiyasının hakimlərinə də” sözləri “məhkəmənin qərarı, habelə icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti əsasında tibbi yoxlamanı aparan həkim-məsləhət komissiyasının həkimlərinə və həkim-narkoloqlara da” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 16-1-ci, 16-2-ci, 16-3-cü və

16-4-cü hissələr əlavə edilsin:

“16-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədi ilə keçirilmiş tibbi yoxlamanın nəticəsi yoxlama aparılması haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti narkoloji müəssisəyə daxil olduğu andan 24 saat müddətində müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.

16-2. Həkim-narkoloq qarşısında qoyulmuş sualları ambulator şəkildə həll edərək, tibbi yoxlamanın nəticəsi barədə rəy tərtib edir və rəydə aşağıdakılar əks etdirilir:

16-2.1. tibbi yoxlama keçirən şəxsin soyadı, adı, atasının adı, yaşı, yaşadığı yer;

16-2.2. tibbi yoxlama aparılmasının vaxtı və yeri;

16-2.3. tibbi yoxlamanın aparılması üçün əsas verən sənəd (icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti);

16-2.4. həkim-narkoloq qarşısında qoyulan suallar;

16-2.5. tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması.

16-3. Rəy həkim-narkoloq tərəfindən imzalanır və narkoloji müəssisənin möhürü ilə təsdiq edilir.

16-4. Həkim-narkoloq aparılmış müayinələrə və imzaladığı rəyə görə məsuliyyət daşıyır.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM