Alternative content

16:56 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 122
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 122
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:03 15.03.2016

 

№ 122                                    Bakı şəhəri, 11 mart 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 884; 2014, № 6, maddə 745; 2015, № 3, maddə 331, № 6, maddə 785) ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci hissənin “Təbii inhisara aid edilən fəaliyyət növləri” sütunundan “və paylanması” sözləri çıxarılsın və həmin sütunda “xidmətləri” sözü “xidməti” sözü ilə əvəz edilsin.

2. 9-cu hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) - Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi” sözləri ilə əvəz edilsin.

3. 10-cu hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.

4. 11-ci və 17-ci hissələr ləğv edilsin.

5. 12-ci hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “Şirvan Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.

6. 13-cü hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “Gəncə Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) - Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.

7. 14-cü hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “Mingəçevir Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.

8. 15-ci hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “İmişli Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.

9. 16-cı hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “Şəki Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) - Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri” sözləri ilə əvəz edilsin.

10. 18-ci hissənin “Müəssisənin (təşkilatın) adı” sütununda “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM