Alternative content

07:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət hər zaman yanımızdadır
Dövlət hər zaman yanımızdadır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:03 13.03.2016

 

Sizə bu məktubu Babək rayonunun Cəhri kəndindən yazıram. Həyat yoldaşım, baş leytenant Cəfər İbrahim oğlu Cəfərov 2012-ci il iyul ayının 20-də Tovuz rayonunun Əlibəyli kəndində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Onun Vətənimiz qarşısında xidməti əvəzsiz qalmayıb. Ölümündən sonra üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalına layiq görülüb.

Şəhid ailəsi olmaq, şəhid övladı böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Bəli, mən gənc yaşda həyat yoldaşımı, qızım isə öz atasını itirib. Qızım balaca olsa da, mən bu itkinin ağırlığını yaxşı dərk edirəm. Bilirəm ki, qızım heç vaxt atasını qarşılamaq üçün qapıya qaçmayacaq, atası onu öpüb oxşaya bilməyəcək. Cəfər bir daha ona çox yaraşan hərbi formada qapının astanasında görünməyəcək. Nə etmək olar, bu, taledir.

Keçirdiyim hissləri ancaq oxşar taleni yaşayanlar daha dərindən duya bilərlər. Təəssüf ki, son 20 ildən çox müddətdə Azərbaycanda bənzər həyatı yaşayan ailələr az olmayıb - müharibə sona çatmayıb: atəşkəs dövründə də şəhid veririk. Təsəllimiz odur ki, ordumuz tökülən qanları yerdə qoymur, düşmən bir əsgərimizin yerinə özünün on əsgərini itirir.

Bir də onunla təsəlli tapıram ki, dövlət, qədirbilən adamlar bizim qayğımıza qalır, rastlaşdığımız çətinliklərin aradan qaldırılması üçün köməklərini əsirgəmirlər. Elə ötən ilin dekabr ayında bizə yeni ev verilməsi təkcə məni və 4 yaşlı qızımı deyil, şəhidin valideynlərini, bütün Cəhri sakinlərini, qohumlarımızı, dostlarımızı və yaxınlarımızı çox sevindirdi.

Hər kəs bir daha şahid oldu ki, dövlət Vətənimizin ərazi bütövlüyü, xalqımızın əmin-amanlığı uğrunda canından keçmiş şəhid Cəfər Cəfərovun ailəsini tək qoymur. Mən də sevinirəm ki, artıq qışda soyuqdan, yayda istidən daldalanacağımız öz evimiz var, bu evdə, hər kəsin müqəddəs bir məkan kimi baxdığı şəhid ocağında qızımı rahat şəraitdə böyüdüb boya-başa çatdıra biləcəyəm. Bu ocağın divarlarında hər zaman qızımın qürurla hər kəsə göstərib “Bu, mənim qəhrəman atamdır, o, Vətən uğrunda şəhid olub” deyə biləcəyi şəhid Cəfərimizin şəkli asılacaq.

 

Aynur CƏFƏROVA,

Babək rayonunun

Cəhri kənd sakini