Alternative content

20:41 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Televiziyalar maarifləndirici verilişlərin sayını artırmalıdır
Televiziyalar maarifləndirici verilişlərin sayını artırmalıdır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:03 13.03.2016

 

Çox təəssüf ki, son illərdə bayağı və şit auralı verilişlər efir məkanımızı “işğal edib”. Bu mövzuya “Azərbaycan” qəzetinin səhifələrində də dəfələrlə toxunulub, nöqsanlar, çatışmazlıqlar qeyd olunmaqla yanaşı, həlli yolları da göstərilib. Buna baxmayaraq, televiziya kanallarının əksərində şou adı altında primitiv, heç bir ictimai əhəmiyyət daşımayan, gənclərin maariflənməsinə deyil, onların milli-mənəvi dəyərlərdən uzaqlaşmasına səbəb olan verilişlər  öz axarında davam etməkdədir.

Belə bir vaxtda efirdə, həm də sevindirici haldır ki, bir neçə kanalda müxtəlif gün aralıqlarla “Əbədi ezamiyyət” sənədli filminin göstərilməsi bizi çox sevindirdi. Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin Fransa Sülh Konfransına göndərilən nümayəndə heyəti və onların sonrakı taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmini həyəcanla izlədik. Təxminən bir saata yaxın olan bu film Azərbaycan tamaşaçısına, xüsusən gənc və yeniyetmə nəslə o dövrün tarixi həqiqətləri haqqında, Azərbaycanın dəyərli ictimai xadimləri barədə də ətraflı məlumat mənbəyi kimi çox gərəklidir.

 Qəzetiniz vasitəsilə “Əbədi ezamiyyət” filminin yaradıcılarına bir tamaşaçı kimi minnətdarlığımı bildirirəm. Eyni zamanda televiziya kanallarının rəhbərlərinə üzümü tutub demək istəyirəm ki, vətəndaşların, gənclərin, uşaqların daha sağlam mənəvi təməllər üzərində, milli ruhda inkişafına xidmət edən verilişlərə daha çox efir vaxtı ayırsınlar. Belə filmlərin çəkilməsinə, yayımlanmasına maraq göstərsinlər. Bir sözlə, həm də maarifçi olsunlar.

 

Emin MƏMMƏDXANLI,

Kəngərli rayonunun Xok kənd tam orta məktəbinin tarix müəllimi