Alternative content

05:05 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaratorpaqlılar yeni məktəbin sevincini yaşayırlar
Qaratorpaqlılar yeni məktəbin sevincini yaşayırlar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:03 13.03.2016

 

Qaratorpaq kəndi Şəkinin ən ucqar yaşayış məntəqəsidir və rayon mərkəzindən 90 kilometr uzaqlıqda yerləşir. Kənddəki tam orta məktəb qəzalı vəziyyətə düşmüşdü. Bu səbəbdən də şagird və müəllimlər çətin şəraitdə dərs keçirdilər. Nəhayət, məktəb üçün yeni bina tikildi və ötən ilin sonunda istifadəyə verildi.

132 şagirdlik ikimərtəbəli məktəb binasında 11 sinif otağı, həmçinin 2 laboratoriya, kompüter otağı, kitabxana, bufet, akt və idman zalları fəaliyyət göstərir. Məktəbin qışda qızdırılmasına da xüsusi önəm verilib: kompleks müasir istilik sistemi ilə təchiz olunub.

Məktəbdə 97 şagird təhsil alır, 22 müəllim çalışır. Ötən tədris ilinin yekunları Qaratorpaq kənd məktəbinin kollektivi üçün uğurlu olub. Məktəbin 9 məzunundan 6-sı ali məktəblərə daxil olub. Onlardan 2 nəfəri qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.

Kənddə belə müasir məktəb binasının istifadəyə verilməsi kollektivin, eləcə də kənd sakinlərinin sevincinə səbəb olub. Əhali adından kəndə göstərilmiş diqqət və qayğıya görə, həmçinin yeni məktəb binasının ərsəyə gəlməsində əməyi keçən bütün insanlara minnətdarlığımızı bildiririk. Əminik ki, bundan sonra məktəbimizin uğurları daha çox olacaq.

 

Nizami HƏSƏNOV,

Şəki rayonunun Qaratorpaq kənd sakini