“Spam”lardan necə yaxa qurtaraq?
Mobil operatorların xidməti sayəsində telefonlara müxtəlif reklam və elan xarakterli SMS-lərin göndərilməsi haqqında çox yazılıb, çox danışılıb. Sahibinin iradəsi və istəyi xaricində onun elektron rabitə cihazına göndərilən belə məktublardan - “spam” bəlasından “Azərbaycan” qəzetində də dəfələrlə bəhs edilib. Ötən illər bu barədə bir neçə dəfə qəzetinizin çıxışlarına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ümidverici cavablar verərək vəziyyətin reklam haqqında qanuna dəyişiklikdən sonra düzələcəyini bildirirdi. Qanunda dəyişiklik edildi. Amma vəziyyət yenə də dəyişmədi: SMS-lər bir qədər azalsa da, eyni ünvanlardan yenə də mütəmadi olaraq göndərilməkdədir. Özü də bu mesajlar təkcə reklam xarakterli olmur. Yetər ki, bir dəfə yanlış düymə basılsın - abonent qeyri-ixtiyari ödənişli xidmət sisteminə qoşulur, balansından mütəmadi vəsait silinməyə başlanılır. “Spam” vasitəsilə dələduzluq cəhdlərinə də rast gəlinib. Qısası, “spam” vaxt, əsəb və maddi itki deməkdir.
Sualımız isə belədir: bu halda biz nə etməliyik? Eyni zamanda maraqlıdır: əlaqədar orqanlar, məsələn, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə abonentlərinin “spam”dan qorunması üçün konkret hansı addımları atıb, tədbirlər görüb və ya görməyə hazırlaşır? Ümumiyyətlə, “spam”a qarşı mübarizəni qənaətbəxş hesab etmək olarmı?
“Spam” dünyada aktual olan problemdir. Bir sıra ölkələrdə buna qarşı ciddi hüquqi məsuliyyət nəzərdə tutulub. Qanunun tələblərini pozanlar ağır maliyyə cərimələri, hətta həbslə cəzalandırılırlar. Bilmək istərdik, bizdə qanunvericiliyin tələbi necədir?
Yeri gəlmişkən, problemlə əlaqəli başqa bir sualımız da var: əgər mobil operatorlar abonentlərin şəxsi məlumatlarını “spam” sifarişçilərinə təqdim etmirsə, yaxud bu xidməti göstərərkən bundan yararlanmırsa, necə olur ki, vətəndaşlar ünvanlarına yaxın kommersiya obyektlərinin mesajlarını daha çox alırlar?
Xahiş edirik, ya bizi bezdirici “spam”lardan xilas edin, ya da bunun yollarını bizə göstərin.
E.ELDAROĞLU,
Bakı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!