Alternative content

15:03 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:03 13.03.2016

 

Mən 1984-cü ilə kimi atama məxsus evdə yaşamışam. Sonra ailə qurub ata evindən qeydiyyatdan çıxmışam. 1990-cı ildən sonra ev özəlləşdirilib və anamın adına keçirilib. Anam bir neçə ildir ki, rəhmətə gedib, amma ev hələ də onun adındadır. Hazırda  ata evimizdə qardaşım ailəsi ilə və bacım yaşayırlar. Bilmək istəyirəm ki, qeydiyyatda olmamağıma və yaşamamağıma baxmayaraq,  mənə vərəsə kimi ata evindən pay düşür?

 

A.Əliyarova

 

Sizin miras əmlakdan (mənzil və digər əmlakdan) pay almaq hüququnuz evdə qeydiyyatda olmanız və ya  yaşamanızdan asılı deyil. Birinci növbədə vərəsə kimi mənzildən pay almaq hüququna maliksiniz (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddələr: 1133.1, 1159.1.1). 

Lakin nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1243.2-ci və 1246-cı maddələrinin tələblərinə əsasən, siz bu hüququnuzu ananızın vəfatından sonra 3 ay ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməyiniz barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, yaxud əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirasın qəbulunu  şəksiz nümayiş etdirməklə həyata keçirməli idiniz.

Beləliklə,  bu  müddət ərzində hər hansı üzrlü səbəb olmadan miras əmlakı qəbul etməmisinizsə, onda miras əmlakdan pay almaq hüququnuzu itirmisiniz və sizə mənzildən hər hansı pay düşmür. Əgər miras əmlakı qəbul etmisinizsə, onda miras əmlakdan sizə düşən pay üzərində mülkiyyət hüququnuz ananızın vəfatı tarixindən yaranmışdır. Çünki Mülki  Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM