Alternative content

07:04 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb
ANA SƏHİFƏ / Tədbirlər
06:03 10.03.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb.

Dördüncü Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini deyən dövlətimizin başçısı toplantıda getdikcə daha çox nüfuzlu qonağın iştirak etməsini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyevə IV Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını ifadə edən Albaniya Prezidenti Buyar Nişani tədbirin müxtəlif ölkələrdən olan nümayəndələrin bir araya gələrək dünya dövlətlərinin üzləşdiyi bir sıra mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparması üçün yaxşı fürsət yaratdığını vurğuladı. Ölkələrimiz arasında yaxın dostluq və tərəfdaşlıq münasibətlərinə toxunan Buyar Nişani əməkdaşlığımızın bütün sahələrdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Əlaqələrimizin inkişafına verdiyi dəstəyə və ölkəsinə göstərdiyi dost münasibətinə görə şəxsən Prezident İlham Əliyevə təşəkkürünü bildirən Buyar Nişani Albaniyanın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğuladı. Albaniya ilə Azərbaycanın tarixində oxşarlıqların olduğunu deyən Buyar Nişani hər iki ölkənin bir sıra mühüm məsələlərin həlli istiqamətində birgə fəaliyyətinin önəmini qeyd etdi. Azərbaycanın qısa zaman ərzində sürətli inkişafa nail olduğunu vurğulayan ali qonaq bunun region və eləcə də digər ölkələr üçün nümunə ola biləcəyini qeyd etdi. Buyar Nişani Prezident İlham Əliyevin TAP da daxil olmaqla bir sıra mühüm layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Ali qonaq bu layihənin nəinki iştirakçı dövlətlər, bütün Avropa üçün mühüm əhəmiyyət daşıdığını dedi.