10 Mart 2016 05:03
450
Tədbirlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra “Euronews” telekanalına müsahibə verib.

 

-Cənab Prezident, Azərbaycan kimi neft-qaz istehsal edən ölkə üçün iqtisadiyyatı şaxələndirmək, neftin qiyməti ilə bağlı hazırkı dövrdə biznes modelini dəyişmək nə dərəcədə əhəmiyyətlidir?

 

-Əslində biz iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir ki, işləyirik. Lakin hazırda - neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir. Hazırda biz Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənən əsasən qeyri-neft sektorunun sahələrini - kənd təsərrüfatının, informasiya texnologiyalarının, turizmin inkişafını və digər sahələri əhatə edən geniş islahatlar paketi təqdim edirik. Bu səbəbdən də əminəm ki, qarşıdakı illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq.

 

-Neftin və neftin qiymətinin qlobal təhlükəsizliyə, xüsusilə Yaxın Şərqdə təhlükəsizliyə təsiri Sizi nə dərəcədə narahat edir?

 

-Biz neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmürük. Lakin sözsüz ki, uzunmüddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi problemlərə, iqtisadi və sosial problemlərə yol aça bilər. Çünki bəzi ölkələr neftdən gəlir götürməyə adət edib. Həmin səbəbdən də neft gəlirləri azalsa, bu, büdcə ixtisarları ilə nəticələnə bilər. Buna görə də bu, baş verə bilər. Düşünürəm ki, neft hasil edən hər bir ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara investisiya yatırmaq, neft və qaz layihələrindənsə müxtəlif başqa layihələri ixrac etməkdir. Bunlar baş tutsa, düşünürəm ki, regionda təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.

 

Müxbir: Çox təşəkkür edirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video