Alternative content

03:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olub
ANA SƏHİFƏ / Tədbirlər
03:03 10.03.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirildi. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edildi. Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarixə və ənənəyə malik olduğu bildirildi, strateji dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulandı.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu səfəri zamanı da Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirildiyi bildirildi. Bu tədbirin beynəlxalq və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı qeyd olundu, ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından Forumun mühüm əhəmiyyət daşıdığı vurğulandı.