Alternative content

00:20 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 66
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 66
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:03 06.03.2016

 

№ 66                                                  Bakı şəhəri, 18 fevral 2016-cı il

 

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 oktyabr tarixli 645 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1125; 2014, № 7, maddə 947) ilə təsdiq edilmiş “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-ci bənddə “Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. 5.3-cü bənddə “Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilir” sözləri “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir” sözləri ilə əvəz edilsin.

3. 5.8-ci bənddə “Nəzarət edən dövlət orqanlarının” sözləri “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin” sözləri ilə əvəz edilsin.

4. 5.9-cu bənddə "Nəqliyyat Nazirliyinin" sözləri "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri