Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:59 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 67
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 67
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:03 06.03.2016

 

№ 67                                      Bakı şəhəri, 18 fevral 2016-cı il

 

“Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nın təsdiq edilməsi barədə

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq  edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il18 fevral

tarixli 67nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi

 

NORMALARI

 

  1. Bu Normalar “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində müvafiq qaydada dövlət qeydiyyatından və texniki baxışdan keçirilmiş nəqliyyat vasitələrinin reklam daşıyıcısı kimi istifadə edilməsi normalarını müəyyən edir.

2. Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir.

3. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilir.

Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər.

4.  Nəqliyyat vasitələrinin üzərində  yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.

5. Nəqliyyat vasitəsinin üzərində reklam onun aşağıda göstərilən hissələrində yerləşdirilir:

5.1. minik avtomobillərinin və mikroavtobusların qapılarında və qanadlarının yan səthlərində;

5.2. avtobus, trolleybus və tramvayların banında pəncərə xəttinə qədər olan yan səthlərində;

5.3. yük, yük-sərnişin, yük-furqon qoşqu və yarımqoşquların banının yan səthlərində;

5.4. motosikletlərin yanacaq baklarında və alətlər qutusunun qapağında.

6. Nəqiyyat vasitəsinin salonunda yerləşdirilən reklam qurğularının iti küncləri, kəsici hissələri və çıxıntılı hissələri olmamalı, sərnişinlərin minib-düşməsinə maneçilik törətməməli, həmçinin həmin qurğular hava axınından, qəfil tormozlanmadan, titrəyişlərdən əmələ gələn təsirlərə davamlı olmalıdır.

7. Nəqliyyat vasitələrinin damında, ön və arxa hissələrində, dövlət qeydiyyat nişanlarının və fərqlənmə nişanlarının (beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinə münasibətdə) görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazlarında, ban şüşələrində, habelə istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.

8. Şəxsə mənsubiyyətini göstərən və təyinatını əks etdirən fərqləndirici nişanların nəqliyyat vasitələrinin üzərində yerləşdirilməsi reklam hesab olunmur.

9. Nəqliyyat vasitələrində işıqlanan tabloların yerləşdirilməsinə, nəqliyyat vasitəsindən istifadə etməklə səsli reklamın yayılmasına icazə verilmir.

10.  Aşağıdakı nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qadağandır:

10.1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələri;

10.2. təhlükəli yüklərin daşınması təyinatlı nəqliyyat vasitələri.

11. Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə oxşar reklamların nəqliyyat vasitələrində yayımına, nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunmasına, yol hərəkəti iştirakçılarının yol şəraitini qiymətləndirilməsinə maneə törədən, habelə xarici görünüşü və təsviri ilə yol hərəkətinin təşkilində istifadə edilən texniki vasitələrə oxşar olan reklamların nəqliyyat vasitələrinin üzərində və salonunda yayımlanmasına icazə verilmir.

12. Nəqliyyat vasitələrində yerləşdirilən reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş reklama dair ümumi tələblərə uyğun olmalıdır.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM