Alternative content

01:12 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:08 28.08.2011

 

l2002-ci ildə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşam. Birgə nikahdan 3 övladımız var. Bu ilin iyul ayında ərim mənə qarşı məhkəmədə boşanma ilə bağlı iddia qaldırıb. Məhkəmə bizə barışıq üçün 3 ay müddət verib. Mən boşanmaya razı deyiləm. Bu halda, barışıq müddəti daha 3 ay uzadıla bilər? Ərimin iş yeri yoxdur. Boşanma ilə əlaqədar uşaqlara görə aliment tələb edə bilərəm?

Elmira Quliyeva,

Maştağa qəsəbəsi

 

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AR AM) 20.1-ci madəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

AR AM-in 20.2-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur.

Göründüyü kimi, məhkəmə yalnız bir dəfə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu baxımdan barışıq müddətinin daha 3 ay uzadılması mümkün deyil.

Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir (AR AM, 22.2.1 və 22.2.2-ci maddələr).

Ərinizin aylıq əməkhaqqının olmaması onu aliment ödəmək öhdəliyindən azad etmir. Çünki valideynlər uşaqlarını saxlamağa borcludurlar (AR AM, 75.1-ci maddə).

Bu halda uşaqlar üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyənləşdirilə bilər (AR AM, 78.1-ci maddə). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Göründüyü kimi, siz boşanma ilə əlaqədar himayənizə verilmiş yetkinlik yaşına çatmayan uşaqlarınızın saxlanması üçün ərinizdən aliment tutulmasını tələb edə bilərsiniz. Bu halda məhkəmə AR AM-in 78.1-ci maddəsini rəhbər tutaraq alimentin miqdarını sabit pul məbləğində müəyyənləşdirə bilər. Təcrübə göstərir ki, məhkəmələr sabit pul məbləğində aliment tutarkən cari il üzrə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunu nəzərə alırlar. Məsələn, 2011-ci il üçün bu məbləğ bir uşaq üçün 76 manat müəyyənləşdirilmişdir.   

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi