Azərbaycan Respublikası Milli Məclisinin qərarı
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. İslam Əli oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 4 mart 2016-cı il