Alternative content

11:48 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:04 15.04.2012

 

Keçmiş ərimə qarşı əmlak bölgüsü ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyirəm. Sübut üçün məhkəməyə hansı sənədləri təqdim etməliyəm?

Ə.Abdullayeva,

Bakı şəhəri

 

- Ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsü haqqında iddia tələbinə dair işlər üzrə sübutetmə predmetini (yəni, işin düzgün və ədalətli həlli üçün müəyyənləşdirilməli və sübut edilməli olan halların (faktların) dairəsini) aşağıdakılar təşkil edir: tərəflərin birgə nikaha daxil olması; tərəflər arasındakı nikahın pozulması; tərəflərin birgə nikahından yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmaması; nikah dövründə əldə edilmiş əşyaların tərkibi və dəyəri, habelə həmin əşyaların əldə olunma əsasları; tərəflər arasında nikah kontraktının olub-olmaması; iş üçün əhəmiyyətli olan digər faktlar (məsələn, əşyanın nikah dövründə, lakin tərəflərin faktiki olaraq ayrı yaşadığı müddətdə alınması, ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və sair).

Yuxarıda göstərilən faktları təsdiq etmək üçün bir qayda olaraq, aşağıdakı sübutlar təqdim edilir: nikah haqqında şəhadətnamə; nikahın pozulması haqqında şəhadətnamə; uşaqların doğum haqqında şəhadətnamələri; əşyalara dair hüquq müəyyənedici sənədlər (alqı-satqı, dəyişdirmə, bağışlama müqavilələri, qeydiyyat vəsiqəsi və ya hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, vərəsəlik hüququ haqqında şəhadətnamə, mülkiyyət hüququnun tanınması barədə məhkəmə qərarı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, şahid ifadələri və s.), nikah müqaviləsi və s. Bundan başqa, məhkəmə araşdırmasının gedişində bu və ya digər səbəbdən iş üzrə ekspertizanın keçirilməsi zərurəti yarana bilər. Bu zaman keçirilmiş məhkəmə ekspertizasının nəticələrinə dair tərtib edilmiş rəy də sübut  kimi qəbul oluna bilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə, lazımi yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi