Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Kooperativ üzvü özü istəmədiyi halda kooperativdən çıxarıla bilər?
Natiq MÜSLIMOV,
Bakı şəhəri
Kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu nizamnamə ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativin üzvü kooperativdən çıxarıla bilər.
Mülki Məcəllənin 112.2-ci maddəsinə əsasən, kooperativdən çıxarılmış kooperativ üzvü payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri geri almaq hüququna malikdir. Bu barədə qərar qəbul etmək səlahiyyəti də müstəsna olaraq kooperativ üzvlərinin ümumi yığıncağına məxsusdur (Mülki Məcəllə, maddə 111.3.3).
Qeyd edək ki, kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yalnız yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kooperativ üzvlərinin ümumi yığıncağında qərarların qəbul edilməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir (Mülki Məcəllə, 111.2-ci maddə).
Atamın vəfatından sonra miras kimi mənə və bacıma bir ev qalmışdır. Bacım mirasdan ona düşən payı öz qızına vermək istəyir. Bacım notariusa ərizə verməklə evin ona düşən hissəsindən qızının xeyrinə imtina edə bilərmi?
Adil QƏRIBOV,
Bakı şəhəri
Qanun üzrə vərəsəlik zamanı birinci növbədə dünyasını dəyişənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşağı, arvadı (əri), valideynləri (övladlığa götürənlər) pay hüquqlu vərəsələr sayılırlar (Azərbaycan Respublikası Mülki Məcəlləsi, maddə 1159.1.1). Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər (Mülki Məcəllə, maddə 1261). Mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun (nəvənin) miras qoyanın vərəsəsi sayılan valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun (Mülki Məcəllə, maddə 1265).
Göründüyü kimi, qanunvericiliyə əsasən, bacınızın qızı mərhum atanızın nə qanun, nə də vərəsəlik üzrə vərəsəsi olmadığından bacınız öz miras payından onun xeyrinə imtina edə bilməz. Bununla belə, bacınız miras əmlakdan ona düşən payı qəbul etdikdən sonra həmin payı öz qızına bağışlaya bilər (Mülki Məcəllə, maddə 215.6).
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
İçdiyi hərbi anda sadiq qaldı
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!