Alternative content

08:17 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:02 28.02.2016

 

Kooperativ üzvü özü istəmədiyi halda kooperativdən çıxarıla bilər?

 

Natiq MÜSLIMOV,

Bakı şəhəri

 

Kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu  nizamnamə ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativin üzvü kooperativdən çıxarıla bilər.

Mülki Məcəllənin 112.2-ci maddəsinə əsasən, kooperativdən çıxarılmış kooperativ üzvü  payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri geri almaq hüququna malikdir. Bu barədə qərar qəbul etmək səlahiyyəti də müstəsna olaraq kooperativ üzvlərinin ümumi yığıncağına məxsusdur (Mülki Məcəllə, maddə 111.3.3).

Qeyd edək ki, kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yalnız yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kooperativ üzvlərinin ümumi yığıncağında qərarların qəbul edilməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir (Mülki Məcəllə, 111.2-ci maddə).  

 

Atamın vəfatından sonra miras kimi mənə və bacıma bir ev qalmışdır. Bacım mirasdan ona düşən payı öz qızına vermək istəyir. Bacım notariusa ərizə verməklə evin ona düşən hissəsindən qızının xeyrinə imtina edə bilərmi?

 

Adil QƏRIBOV,

Bakı şəhəri

 

Qanun üzrə vərəsəlik zamanı birinci növbədə dünyasını dəyişənin  uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşağı, arvadı (əri), valideynləri (övladlığa götürənlər) pay hüquqlu vərəsələr sayılırlar (Azərbaycan Respublikası Mülki Məcəlləsi, maddə 1159.1.1). Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər (Mülki Məcəllə, maddə 1261). Mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun (nəvənin) miras qoyanın vərəsəsi sayılan valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun (Mülki Məcəllə, maddə 1265).

Göründüyü kimi, qanunvericiliyə əsasən, bacınızın qızı mərhum atanızın nə qanun, nə də vərəsəlik üzrə vərəsəsi olmadığından bacınız öz miras payından onun xeyrinə imtina edə bilməz. Bununla belə, bacınız miras əmlakdan ona düşən payı qəbul etdikdən sonra həmin payı öz qızına bağışlaya bilər (Mülki Məcəllə, maddə 215.6).  

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi