Alternative content

11:51 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 33
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 33
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:02 27.02.2016

 

№ 33                                      Bakı şəhəri, 5 fevral 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”da dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1396-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 noyabr tarixli 1502 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 78 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 386) ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ın 1.1-ci bəndində “terror aksiyalarının” sözləri “terror aktlarının” sözləri ilə, 2.4-cü bəndində və 3.19-cu bəndinin ikinci abzasında “terror aksiyasının” sözləri “terror aktının” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM