Alternative content

22:25 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 45
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 45
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:02 27.02.2016

 

№ 45                                      Bakı şəhəri, 15 fevral 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1365-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 1529 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 186 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, №11, maddə 688; 2015, № 3, maddə 327) ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu hissə üzrə:

1.1. ikinci abzasa “cəlb olunan” sözlərindən sonra “, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş” sözləri əlavə edilsin;

1.2. üçüncü abzasa “cinayət” sözündən sonra “, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə edilsin, “məhkəmə-istintaq orqanının” sözləri “istintaq və ya məhkəmənin” sözləri ilə əvəz edilsin.

2. 11-ci hissədə “məhkəmə-istintaq” sözləri “istintaq və ya məhkəmə” sözləri ilə əvəz edilsin.

3. 14-cü hissədə “və Mülki Prosessual” sözləri “, Mülki Prosessual Məcəlləsi və İnzibati Xətalar” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri