Alternative content

01:42 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın turizm potensialı Moskvada təqdim olunub
Azərbaycanın turizm potensialı Moskvada təqdim olunub
ANA SƏHİFƏ / Turizm
03:02 26.02.2016

“Parlamentskaya qazeta”nın mətbuat mərkəzində “Rusiyada və MDB ölkələrində qış turizmi: inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirin aparıcısı, RF İctimai Palatasının üzvü Sergey Makarov Rusiyada və MDB ölkələrində, o cümlədən Azərbaycanda qış idmanı və istirahəti imkanlarından fəal istifadə olunmasının vacibliyini qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycanda turizmin inkişafına xüsusi diqqət ayrılır və bu sahə Prezident İlham Əliyevin nəzarətindədir. Səfir deyib: “Hələ 2011-ci il ölkədə Turizm ili, 2016-cı il isə Multikulturalizm ili elan edilib. Biz bütün dünyaya Azərbaycanda multikulturalizmin olduğunu, insanların bir yerdə yaşadığını, mədəniyyətlərin dinc yanaşı mövcud olduğunu nümayiş etdirmək istəyirik. Bəzi qərb liderləri multikulturalizm ideyasının iflasa uğradığını deyirlər. Lakin biz bütün dünyaya Azərbaycanda multikulturalizmin iflasa uğramadığını, onun inkişaf etdiyini nümayiş etdirmək istəyirik”.

P.Bülbüloğlunun sözlərinə görə, son illər Azərbaycanda turizm sənayesinin inkişafı üçün bu sahə ilə bağlı olan bütün istiqamətlərdə çox işlər görülüb, o cümlədən yaxşı yollar salınıb, altı beynəlxalq aeroport fəaliyyət göstərir. Səfir, həmçinin vurğulayıb ki, Azərbaycanda tematik, o cümlədən ovçuluq, qastronomik və digər turlar təşkil edilir.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Vüqar Şixəmmədov “Azerbaijan breakfast” (Azərbaycan səhər yeməyi) brendi haqqında danışıb. O, həmçinin qeyd edib ki, Azərbaycana ildə 2,5 milyon turist gəlir və bunun 30 faizi Rusiyadan gələn turistlərdir. V.Şixəmmədov Azərbaycana turist göndərən əsas ölkələr sırasında Türkiyə, İran, Almaniya, Böyük Britaniya və ərəb ölkələrinin adını çəkib.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov MDB çərçivəsində Turizm Şurasının yaradılmasını təklif edib. Onun fikrincə, belə bir şura Birlik ölkələri arasında turist axınının genişlənməsinə kömək edəcək.

Görüşdə Azərbaycanın “Şahdağ” və “Tufandağ” qış turizm kurortlarının təqdimatı olub.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva