Alternative content

10:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə
ANA SƏHİFƏ / Milli Məclis
12:02 24.02.2016

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdır.

Milli Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərmişdir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifinin qəbul edilməsini Milli Məclisə təklif etmişdir.

Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi  qərara alır:

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilsin.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 23 fevral 2016-cı il