Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:37 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Turizm və Menecment Universitetinin 10 illik yubileyi qeyd edilib
Azərbaycan Turizm və Menecment Universitetinin 10 illik yubileyi qeyd edilib
ANA SƏHİFƏ / Turizm
04:02 12.02.2016

Fevralın 12-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali məktəbin 10 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ATMU-nun 10 illik fəaliyyətini əks etdirən foto və kitab sərgiləri ilə tanış olublar.

Universitetinin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi və keçdiyi şərəfli yoldan söhbət açıb. Bildirib ki, bu gün rəhbərlik etdiyi ali məktəbin həyatında ən yaddaqalan günlərdən biridir. Ölkəmizdə turizm sahəsindəki davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyacın sürətlə artmasını təmin etmək məqsədilə Azərbaycan Turizm İnstitutu 2006-cı il sentyabrın 15-də 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlayıb. ATİ uğurlu inkişaf yolu keçib və bunun nəticəsi olaraq Prezident İlham Əliyevin 2014-cü il 22 dekabr tarixli Sərəncamı ilə Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb.

Bildirilib ki, hazırda ATMU ailəsində ümumilikdə 2355 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanmaqdadır. Bu günədək ATMU-dan 1296 bakalavr və 70 magistr olmaqla, cəmi 1366 məzun bitirib. Onlardan 124-ü (115 bakalavr və 9 magistr) ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. Hazırda isə 113 tələbə bu proqram üzrə təhsilini davam etdirir. Məzunların əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, təhsil alır və Azərbaycanı uğurla təmsil edirlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev universitetin qazandığı uğurlardan danışıb, yubiley münasibətilə kollektivi təbrik edib. Nazir qeyd edib ki, ATMU hazırda Azərbaycanın təhsil məkanında mövcud qabaqcıl ali təhsil ocaqları ilə bir sırada dayanır: “Ötən müddəti nəzərdən keçirdikdə biz gələcəyə kifayət qədər nikbinliklə baxırıq. Çünki Azərbaycanda turizm sənayesinin inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib”.

Nazir bildirib ki, Azərbaycanda ilk dəfə olaraq, ATMU-nun tələbələri beynəlxalq layihə çərçivəsində ikili diplom alıblar. Bu ali məktəb 10 ildə, həqiqətən də çox böyük işlər görüb. Çox əlamətdar hadisədir ki, burada oxuyan tələbələr Bolonya sistemi üzrə təhsil alırlar. Tələbələr hazırda dünyanın müxtəlif ölkələrində öz yay təcrübələrini keçirməkdədirlər. Bu olduqca vacib bir məsələdir. Çünki ATMU çoxlu sayda beynəlxalq proqramlarda iştirak edir və bu proqramlar çərçivəsində tələbələr aparıcı turist şirkətlərində, mehmanxanalarda təcrübə keçirlər. Bundan əlavə, ATMU-nun tələbələri ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərin könüllüləri sırasındadır. Onlar Azərbaycanda qonaqpərvərliyin və bələdçi sisteminin təkmilləşdirilməsinə və qurulmasına öz dəyərli töhfələrini verirlər. Bu ali məktəbdə tədrisi Azərbaycan turizm sənayesinin parlaq nümayəndələri aparırlar. Bu da təcrübə ilə nəzəriyyənin vəhdəti deməkdir. Ümumiyyətlə, fərəhləndirici fakt ondan ibarətdir ki, həm ATMU-nun, həm də bu universitetin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin bütün məzunları işlə təmin olunurlar.

Avstriyanın İMC Krems TEU-nun əlaqələndiricisi Yens Peter Ennen də ATMU-nun kollektivini təbrik edib, yeni uğurlar arzulayıb.

Sonda 10 ildə göstərdiyi nümunəvi fəaliyyətinə görə universitetin bir qrup əməkdaşına Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin və ATMU-nun fəxri fərmanları təqdim olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM