Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 27
№ 27 Bakı şəhəri, 3 fevral 2016-cı il
“Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”nın və “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.12-ci və 1.1.13-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəliəlavə
Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi
Q A Y D A S I
1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respub-likasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun 34.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi qaydasını müəyyən edir.
2. Sualtı mədəni irs nümunələrinə öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan aşağıdakı mədəni sərvətlər aiddir:
2.1. obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar;
2.2. gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər əşyalar;
2.3. qədim tarixi əşyalar.
3. Suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilmir.
4. Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.
5. Sualtı mədəni sərvətlərin mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməsi daşınmaz mədəni sərvətlər üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər mədəni sərvətlər üzrə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.
6. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilmiş sualtı mədəni sərvətlərin hər birinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhadətnamə verilir.
7. Sualtı mədəni irs nümunələrinin qorunması və bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na uyğun həyata keçirilir.
8. Mühafizə dərəcəsi olan sualtı mədəni irs nümunələrinin istifadəçisinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir
2 nömrəliəlavə
Sualtı mədəni irs nümunələrindən istifadə
Q A Y D A S I
1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respub-likasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun 34.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və sualtı mədəni irs nümunələrindən istifadə qaydasını müəyyən edir.
2. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”na uyğun olaraq müəyyən edilir.
3. Azərbaycan Respublikasında sualtı mədəni irs nümunə-lərindən istifadə hüququ “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci və 32-ci maddələrinə uyğun olaraq dövlət tərəfindən təmin edilir.
4. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdənsonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir.
5. Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.
6. Sualtı mədəni irs nümunələrindən istifadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanı...
28 Mart
DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlan...
28 Mart
BMT: Dünyada ərzaqların 17 faizi tullantıya çevrilir
28 Mart
BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə ça...
28 Mart
Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər
28 Mart
Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb
28 Mart
Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək
28 Mart
Mərkəzi Bank uçot dərəcəsini endirib
28 Mart
FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib
28 Mart
TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!