Alternative content

06:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 27
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 27
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:02 11.02.2016

 

№ 27                                                  Bakı şəhəri, 3 fevral 2016-cı il

 

“Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”nın və “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.12-ci və 1.1.13-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası” təsdiq edilsin  (1 nömrəli əlavə).

2. “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 3 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1 nömrəliəlavə

 

 

Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi

 

Q A Y D A S I

 

1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respub-likasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun 34.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi qaydasını müəyyən edir.

2. Sualtı mədəni irs nümunələrinə öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan  aşağıdakı mədəni sərvətlər aiddir:

2.1. obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar;

2.2. gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər əşyalar;

2.3. qədim tarixi əşyalar.

3. Suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilmir.

4. Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.

5. Sualtı mədəni sərvətlərin mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməsi daşınmaz mədəni sərvətlər üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər mədəni sərvətlər üzrə isə Azərbaycan  Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

6. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilmiş sualtı mədəni sərvətlərin hər birinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhadətnamə verilir.

7. Sualtı mədəni irs nümunələrinin qorunması və bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na uyğun həyata keçirilir.

     8. Mühafizə dərəcəsi olan sualtı mədəni irs nümunələrinin istifadəçisinin   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

2 nömrəliəlavə

 

Sualtı mədəni irs nümunələrindən istifadə

 

Q A Y D A S I

 

1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respub-likasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun 34.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və sualtı mədəni irs nümunələrindən istifadə qaydasını müəyyən edir.

2. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”na uyğun olaraq müəyyən edilir.

3. Azərbaycan Respublikasında sualtı mədəni irs nümunə-lərindən istifadə hüququ “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci və 32-ci maddələrinə  uyğun olaraq dövlət tərəfindən təmin edilir.

4. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdənsonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir.

  5. Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.

6. Sualtı mədəni irs nümunələrindən istifadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na uyğun olaraq həyata keçirilir.