10 Fevral 2016 12:02
1035
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 36

 

№ 36                                                  Bakı şəhəri, 5 fevral 2016-cı il

 

“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində:

2.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratsın, onların dislokasiyasını və sayını müəyyən etsin;

2.2. tibbi-sosial ekspert komissiyalarının tərkibini, ştat cədvəlini və xərclər smetasını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etsin.

3. Tibbi-sosial ekspert komissiyaları müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına maliyyələşdirilir.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu qərardan irəli gələn müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 160; 2001, № 11, maddə 725, № 12, maddə 803; 2003, № 4, maddə 219, № 6, maddə 342; 2006, № 9, maddə 819, № 10, maddə 903; 2008, № 2, maddə 130, № 8, maddə 787; 2010, № 12, maddə 1123; 2011, № 1, maddə 54, № 5, maddə 449; 2012, № 10, maddə 1013; 2013, № 10, maddə 1198) ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Tibbi-sosial ekspert komissiyaları haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasında  əhaliyə  göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir.

1.2. TSEK öz fəaliyyətində  Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbay-can Respublikası  Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncam-larını,  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və  digər hüquqi aktları rəhbər tutur.

1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində  yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.

1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və  bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir.

1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir.

1.6. TSEK tərəfindən ümumi xəstəlik,  əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də  hərbi xidmətlə  əlaqədar, 1990-cı  ilin yanvar  hadisələri  ilə  əlaqədar, hərbi xidmət dövrü  ilə  əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə  yetirməklə  əlaqədar, hərbi  əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə  əlaqədar əlillik səbəbləri müəyyən edilir.

1.7. Əlilliyi olan şəxsə TSEK  tərəfindənverilmiş əməkzəmanətinəmülkiyyət və təşkilati- hüquqi formasından asılıolmayaraq,idarə, müəssisə  və  təşkilatların  rəhbərliyi hökmən əməl etməlidirlər.

1.8. TSEK Xidmət tərəfindən müvafiq iş otaqları, tələb olunan ləvazimat və avadanlıqlarla təmin olunur.

1.9. TSEK-in nəqliyyat vasitəsi olmadığı  hallarda, səyyar müayinələrin  aparılması  üçün TSEK rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən nəqliyyat vasitəsilə təmin edilir.

1.10. TSEK-in dairəvi möhürü və ştampı vardır.

 

2. TSEK-intəşkili

 

2.1. TSEK Azərbaycan Respublikasının Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası üzrə isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılır və ləğv edilir.

2.2. TSEK üç həkimdən - ekspert-terapevt, ekspert-nevropatoloq və ekspert-cərrahdan ibarət olur. Ekspert həkimlərdən biri TSEK-in sədri təyin olunur. TSEK-də bir ştat vahidi tibb bacısı və bir ştat vahidi qeydiyyatçı nəzərdə tutulur.

2.3. Sədr TSEK-in işini təşkil edir, iş qrafikini hər il dekabrın 1-dək təsdiq olunması üçün Xidmətə təqdim edir, tibbi-sosial ekspertizanın aparılmasının keyfiyyətinə görə məsuliyyət daşıyır.

2.4. TSEK-in sədrini, üzvlərini və digər işçilərini (Naxçıvan Muxtar Respublikası üzrə TSEK istisna olmaqla) Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir.

2.5. TSEK-in sədrinin və üzvlərinin vəzifə təlimatları Xidmətin rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən təsdiq edilir.

2.6. Naxçıvan Muxtar Respublikası  TSEK-i  Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfin-dən təşkil edilir və fəaliyyəti tənzimlənir. TSEK-in sədri, üzvləri və digər işçiləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

2.7. TSEK-in müayinələrinə müalicə həkimləri, əhalinin sosial müdafiəsi mərkəzinin, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri dəvət oluna bilərlər.

 

3. TSEK-invəzifələri və hüquqları

 

3.1. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir:

3.1.1. əlilliyi  qiymətləndirmək;

3.1.2. müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etmək;

3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək;

3.1.4. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etmək;

3.1.5. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün qeyd olunan hadisələrlə əlaqəsini müəyyənləşdirmək;

3.1.6. dövlət orqanlarının və ictimai təşkilatların iştirakı ilə əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramını hazırlamaq, əlilin fərdi reabilitasiya proqramına uyğun olaraq reabilitasiya müəssisəsinə göndərilməsinə göstəriş olub-olmamasını müəyyənləş-dirmək;

3.1.7. reabilitasya proqramının icraçısını və icra müddətini göstərməklə, reabilitasiya tədbirinin növünü, həcmini və formasını müəyyənləşdirmək;

3.1.8. fərdi reabilitasiya proqramının icrasına nəzarət və düzəlişlər etmək;

3.1.9. əlilliyi olan şəxslərə psixoloji yardım göstərmək;

3.1.10. işləməyən əlilliyi olan şəxslərin peşəyönümünü müəyyənləşdirmək üçün tövsiyə olunacaq əmək fəaliyyətində onun səhhətinə mənfi təsir göstərə biləcək mütləq və nisbi əks göstəriş sayılan istehsalat şəraitini və amillərini (əmək zəmanətini) müəyyən etmək, işləyən əlilliyi olan şəxslərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar barədə rəy vermək;

3.1.11. əlilliyi olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinə (protez-ortopedik məmulatla-rının, eşitmə aparatlarının,  kreslo-veloarabalar  və digər reabilitasiya vasitələrinin verilməsi, nəqliyyat və hərəkət vasitələri ilə təminolunma, xüsusi təhsil alma, evdə sosial-məişət xidməti göstərilmə və s.) ehtiyacları barədə tibbi göstərişlər vermək;

3.1.12. tibbi-sosial ekspertiza haqqında qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaratmaq məqsədi ilə əlilliyi olan şəxslər, əlilliyin vəziyyəti və dinamikası, əlilliyi olan şəxslərin sosial müdafiəyə, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərəliliyi barədə sistemləşdirilmiş məlumat bankı yaratmaq;

3.1.13. xidmət rayonunda əlilliyin vəziyyətini təhlil edib yerli icra hakimiyyəti orqanlarına məlumat vermək;

3.1.14. əlilliyi olan şəxslərin təkrar müayinəsi sənədlərlə təsdiq edilən üzrlü səbəbdən ötürüldükdə (stasionar müalicə, ezamiyyə, hərbi əməliyyatlar gedən bölgələrdə vəziyyətlə bağlı və s.), bir aydan çox olmayan ötmüş müddət nəzərə alınmaqla, ekspertiza aparıb şəxsin əlilliyi barədə qərar qəbul etmək;

3.1.15. şəxslərə tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə məlumat vermək;

3.1.16. sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə ehtiyacını müəyyənləşdirmək və onların “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun  16-cı maddəsinə əsasən xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məlumatlar vermək;

3.1.17. əlilliyi olan şəxsləri müayinə və müalicə məqsədləri ilə fərdi reabilitasiya proqramına uyğun olaraq, səhiyyə və ya reabilitasiya müəssisələrinə göndərmək.

3.2. TSEK-in hüquqları aşağıdakılardan ibarətdir:

3.2.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə tibbi-sosial ekspertiza üçün lazım olan məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.2. əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramının icrasına nəzarət etmək;

3.2.3. qərar qəbul etməkdə çətinlik çəkdiyi mürəkkəb ekspertiza hallarında Xidmətdən məsləhət almaq.

 

4. TSEK-də müayinə qaydaları

 

4.1. Şəxslərin TSEK-də müayinəsi dövlət səhiyyə müəssisələrinin göndərişləri  əsasında aparılır.

4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır və  şəxsin müayinə üçün TSEK-ə gəlmək imkanının olmamasına dair həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyi qeyd olunur.

4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə  məlumat verilir.

4.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir.

4.5. Hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir.

4.6. Göndərişlər rəsmiləşdirildiyi tarixdən1 (bir) ay müddətində qüvvədə olur.

4.7. Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.

4.8. TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir.

4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumatı almış şəxs əlilliyin müəyyən edilməsi üçün mümkün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə edərək, “Əlillik dərəcəsinin və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün müraciətin qeydiyyatı” elektron xidmətini seçir, göndərişin  və şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin) nömrəsini tələb olunan sahəyə daxil edir. Daxil edilmiş məlumatların düzgünlüyü  sistem tərəfindən təsdiqləndikdən sonra müraciət edən şəxs elektron ərizə formasını doldurur.

4.10. Şəxsin TSEK-ə gəlmək imkanının olmaması (şəxsin hərəkət imkanının məhdud olması və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə alan yataq xəstəsi olduqda) statusu yalnız göndərişdə əks edilən həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən “Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi” (bundan sonra - TSERAS) tərəfindən müəyyənləşdirilir.

4.11. Şəxsin müraciəti TSERAS tərəfindən emal edilməklə, onun ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə müayinənin vaxtı və yeri barədə məlumat göndərilir və ya bildirilir.

4.12. Şəxs (TSEK-ə gəlmək imkanı olmayan kimi müəyyən edilmiş şəxslər istisna olmaqla) məlumatda göstərilən TSEK-ə müəyyən edilmiş vaxtda gələrək müayinədən keçir. Bu zaman o, TSEK-ə şəxsiyyət vəsiqəsini, yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni, valideynin (qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsini, valideyn olmayan digər qanuni nümayəndə olmasını təsdiq edən sənədi təqdim etməlidir.

4.13. Şəxs TSEK tərəfindən 1 ( bir) iş günü müddətində müayinə olunur.

4.14. TSEK-ə gəlmək imkanının olmaması barədə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən şəxsin müayinəsi səyyar qaydada evdə və ya müalicə olunduğu səhiyyə müəssisəsində 1 (bir) iş günü müddətində aparılır.

4.15. Göndərişdə göstərilən “TSEK-ə gəlmək imkanı olmayan” rəy reallıqda öz təsdiqini tapmadığı halda, TSEK bu şəxsi səyyar qaydada müayinədən keçirməkdən imtina edir və TSERAS-da bu barədə müəyyən qeydlər aparır.

4.16. TSEK  müayinənin nəticələrini kollegial müzakirə etdikdən sonra həmin gün qərar qəbul edir.

4.17. Qəbul edilmiş qərar və müayinəyə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Məlumatlar TSERAS-a daxil edildikdən və təsdiqləndikdən dərhal sonra TSEK-in qərarı müayinə olunan şəxsə (yaxud, onun qanuni nümayəndəsinə) sədr tərəfindən elan edilir və bildiriş təqdim edilir (1 və 2 nömrəli əlavələr).

4.18. Qəbul edilmiş qərarın nəticəsindən asılı olmayaraq, müayinəyə əsas verən göndəriş yenidən hər hansı bir TSEK-ə müayinə üçün əsas ola bilməz.

4.19. Günün sonunda TSERAS-da gün ərzində keçirilmiş bütün müayinə hallarını özündə əks etdirən protokol forması hazırlanaraq, hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

4.20. Protokol həm də kağız formasında sistemdən çap olunaraq, TSEK-in sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur.

4.21. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar ilkin müayinə  olunan  şəxslər  peşə  əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi  üçün hadisə  baş  vermiş işəgötürənin yazılı sorğusu ilə birlikdə bədbəxt hadisənin baş verməsini təsdiq edən aktı və yaxud məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını  təsdiq edən tibbi sənədi təqdim edirlər.

4.22. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır.

4.23. Mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, şəxsin müayinəsi zamanı göndərişdə göstərilən məlumatlar əsasında onun obyektiv vəziyyətinin tam qiymətləndirilməsi mümkün olmadıqda keçirilmiş müayinənin nəticələri barədə məlumatlar, ərizəçinin əks əlaqə vasitələri, eləcə də Xidmət tərəfindən təkrar müayinənin keçirilməsini zəruri edən səbəblər qeyd olunmaqla, TSERAS-a daxil etdikdən sonra TSEK müraciətin Xidmətə göndərilməsini təmin edir.

4.24. Xidmət bu Əsasnamənin 4.10-cu bəndində göstərilən hallar üzrə TSEK-in  müraciəti  əsasında növbəti iş günü araşdırma aparmaqla, TSEK-in qərarını təsdiq və ya ləğv edir, yaxud yeni qərar qəbul edir, bu barədə məlumatı dərhal TSERAS-a daxil edir.

4.25. Araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSEK-dən  müraciət daxil olduğu gün müayinə vaxtını və yerini göstərməklə şəxsə onun ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal şəxsə bildirilərək TSERAS-a daxiledilir.

4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

4.27. Əlillik  dərəcəsi və  onun təyin olunma tarixi xəstəlik vərəqəsində qeyd edilir.

4.28. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəxsin işlədiyi müəssisə, idarə və təşkilatın, səhiyyə müəssisəsinin sorğusu əsasında məlumatların onlara elektron formada ötürülməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada  təmin edilir.

4.29. Hər rübün sonunda TSEK Xidmətə statistik hesabat verir.

4.30. TSEK-də istifadə olunan sənədlərin formaları qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir.

 

5. Əlillik müddətinin müəyyən edilməsi və TSEK-in qərarlarından şikayət qaydaları

 

5.1. Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.

5.2. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1(bir) il müəyyənləşdirilir.

5.3.  Əlilliyi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir:

5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə;

5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 

5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda.

5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların təkrar müayinəsi  Xidmət tərəfindən aparılır.

5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respubli-kasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 

 

___________________

 

 

“Tibbi-sosial ekspert komissiyaları

haqqında Əsasnamə”yə

1 nömrəli əlavə

 

Tibbi Sosial Ekspert Komissiyasının 18 yaşdan yuxarı  şəxslər üzrə müayinə qərarı

 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ yanında DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA XİDMƏTİ

 

___nömrəli Tibbi Sosial Ekspert Komissiyası

№                                                                                                          tarix

Müayinə olunan şəxs barədə məlumat

 

Soyadı:Adı:                        

Cinsi:                     Vətəndaşlığı:   

Şəxsiyyətini təsdiq edən sənədin:

adı-                                            

seriyası və nömrəsi-                    

verildiyi tarix-                                                               sənədi verən orqanın adı-                 

Doğum tarixi:      

Qeydiyyatda olduğu ünvanı: 

Əlaqə telefonu:                 

Qanuni nümayəndə   barədə məlumat

Soyadı:                             Adı:                              Atasının adı:        

Cinsi:  Vətəndaşlığı:                     Doğum tarixi:                                  

Şəxsiyyətini təsdiq edən sənədin:

adı-                                                                                       

seriyası və nömrəsi-                                                              

verildiyi tarix-                                                                         

sənədi verən orqanın adı-

Qeydiyyatda olduğu ünvanı: 

Əlaqə telefonu:                   

Müayinə barədə məlumat

İlkin və ya təkrar olması barədə məlumat:

Əlillik qrupu:  

Əlilliyin səbəbi:  

Müddəti:   

Növbəti müayinə tarixi: 

Əlilliyin müəyyən olunması meyarı:

Əmək zəmanəti:                

TSEK-in sədri: 

  1. “Əlilliyin müddəti” sahəsi “Müddətsiz” dəyəri aldıqda, “Növbəti müayinə tarixi” sahəsində də “Müddətsiz” qeyd edilsin.
  2. Əlilliyin verilməsindən imtina edildikdə, “Müayinə barədə məlumat” aşağıdakı formada olacaqdır:

 

Müayinə barədə məlumat

Əlilliyin verilməsindən imtina edilmişdir.

İmtinanın səbəbi:         

 

  1. TSEK müayinənin Xidmət tərəfindən keçirilməsi barədə müraciət edərsə, bu zaman “Müayinə barədə məlumat” aşağıdakı formada olacaqdır:

 

Müayinə barədə məlumat

Xidmət tərəfindən keçirilməsini zəruri edən hal: 

 

 

 

 

 

 

“Tibbi-sosial ekspert komissiyaları

haqqında Əsasnamə”yə

2 nömrəli əlavə

 

Tibbi Sosial Ekspert Komissiyasının 18 yaşadək uşaqlar üzrə müayinə qərarı

 

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ yanında DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA XİDMƏTİ

 

___nömrəli Tibbi Sosial Ekspert Komissiyası

 

tarix

Müayinə olunan şəxs barədə məlumat

Soyadı:                               Adı:                                Atasının adı:

Cinsi:                                   Vətəndaşlığı: 

Şəxsiyyətini təsdiq edən sənədin:

adı-                                                                                       

seriyası və nömrəsi-                    

verildiyi tarix-                                                           

Doğum tarixi:      

Qeydiyyatda olduğu ünvanı: 

Əlaqə telefonu:                 

Qanuni nümayəndə  barədə məlumat

Soyadı:Adı:                         Atasının adı:

Cinsi:  Vətəndaşlığı:              Doğum tarixi:

Şəxsiyyətini təsdiq edən sənədin:

adı-                                                                                       

seriyası və nömrəsi-                                                              

verildiyi tarix-

sənədi verən orqanın adı:            

Qeydiyyatda olduğu ünvanı: 

Əlaqə telefonu:                 

Müayinə barədə məlumat

Uşaqların sağlamlıq imkanları məhdudluğunun

müəyyən olunması meyarı:

 

Müddəti:   

Növbəti müayinə tarixi: 

TSEK-in sədri: 

1. “Müddəti” sahəsi “Müddətsiz” dəyəri aldıqda “Növbəti müayinə tarixi” sahəsinə də “Müddətsiz” qeyd edilsin.

2. Əlilliyin verilməsindən imtina edildikdə, “Müayinə barədə məlumat” aşağıdakı formada olacaqdır:

 

Müayinə barədə məlumat

Sağlamlıq imkanının məhdudluğu müəyyən edilmədi.

İmtinanın səbəbi:         

 

TSEK müayinənin Xidmət tərəfindən keçirilməsi barədə müraciət edərsə, bu zaman “Müayinə barədə məlumat” aşağıdakı formada olacaqdır:

 

Müayinə barədə məlumat

Xidmət tərəfindən keçirilməsini zəruri edən hal: 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video