Alternative content

19:07 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kəndimizə mavi yanacaq verildi
Kəndimizə mavi yanacaq verildi
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 09.02.2016

 

Təbii qazın əvəzi yoxdur. Bu enerji növü - mavi yanacaq kənd əhalisi üçün də müstəsna əhəmiyyətə malikdir. Necə deyərlər, məişətdə, həmçinin təsərrüfatda təbii qazın rolu misilsizdir. Əgər şəhərlərdə mərkəzləşdirilmiş istilik sistemləri vasitəsilə mənzilləri qızdırmaq mümkündürsə, kəndlərdə hər obyektin, məktəbin, evin öz yanacaq mənbəyi olmalıdır. Kənd şəraiti, şərtləri üçün təbii qaz qədər həm ucuz, həm effektli, eyni zamanda universal yanacaq növü yoxdur.

Bizim kənd camaatı bu yanacağın qədir-qiymətini yaxşı bilir. Əvvəllər hər evdə mavi alov şölələnirdi. 20 ildən də çox çəkən intizardan sonra nəhayət kəndimizə yenidən təbii qaz verilib. Görülən işdən də razıyıq. Hər evə pulsuz-parasız qaz xətləri çəkilib, smart-kart tipli sayğaclar, zəruri texniki element və detallar quraşdırılıb.

Kəndə qaz verilməsi təntənəli mərasimlə qeyd olundu. Qonşu Bico və Cəlayir kəndlərinin - ümumilikdə 800-ə yaxın abonentin qazla təchizatının bərpasına həsr olunmuş tədbirdə ictimaiyyətin nümayəndələri ilə yanaşı, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev də iştirak etdilər. Açılış mərasimində çıxış edənlər sosial proqramların icrasının dövlət siyasətində prioritet istiqamətlərdən olduğunu vurğulayaraq regionların sosial-iqtisadi inkişafına diqqətin daha da artırıldığını bildirdilər. Dedilər ki, cari ilin sonuna qədər Ağsu rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunacaq.

İcimaiyyət adından çıxış edənlər də dövlət siyasətindən məmnunluqlarını və razılıqlarını bildirdilər. Biz də Qəşəd, Bico və Cəlayir kəndlərinin əhalisi adından bu qayğı və diqqətə görə dövlətimizə, eləcə də qaz çəkilişində zəhməti olan hər bir kəsə minnətdarlığımızı bildiririk.

 

Şahbaba QƏNBƏROV,

Ağsu rayonu, Qəşəd kənd ziyalısı