Alternative content

14:29 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sayt yeniləşdirilir
Sayt yeniləşdirilir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 09.02.2016

 

“Azərbaycan” qəzetinin 2 dekabr 2015-ci il tarixli nömrəsində dərc edilmiş “Bilinməyir yaşın sənin...” sərlövhəli oxucu məktubunda Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun “xınalıq.az” domenli rəsmi internet saytında məlumat bazasının çox zəif, məhdud olması, əksər kateqoriya və bölmələr üzrə səhifələrin boş qalması bildirilirdi.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi  məsələyə münasibət bildirib. Nazir müavini Nazim Səmədovun imzası ilə aldığımız  məktubda deyilir: 

“Bildiririk ki, Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun xınalıq.az saytı 2013-cü ildə qoruğun daxili imkanları hesabına yaradılmışdır. Həmin dövrdən saytın məlumat bazası üçün müvafiq informasiya və məlumatların toplanılması işi davam etdirilir və 2015-ci ilin sonundan saytın yenilənməsi, habelə mütəmadi olaraq məlumatların  yerləşdirilməsi istiqamətində işlər aparılır”.