09 Fevral 2016 12:02
1169
Oxucu məktubları
A- A+

Gənclərə yeni töhfə

 

1993-cü ilin avqustundan Sumqayıtda yaşayıram. Qubadlı işğal edildikdən sonra bu şəhər pənah yerimizə çevrilib. Bizə ana kimi qucaq açan Sumqayıt hər birimiz üçün doğmadır.

Artıq həmin tarixdən xeyli zaman keçib. Bu şəhərdə bizə göstərilən qayğı və diqqət o qədər yüksəkdir ki, heç bir qubadlılı bunu heç vaxt yaddan çıxarmayacaq.

Rayonumuzun gəncləri Sumqayıtda orta məktəbi bitirib ali təhsil alırlar. Artıq onların bir neçəsinin səsi dünyanın məşhur universitetlərindən gəlir və əldə etdikləri uğurlarla bizi çox sevindirirlər.

Gənclərdə müsbət keyfiyyətlərdən biri də idmana hədsiz marağın olmasıdır. “Sağlam bədəndə sağlam ruh olar” prinsipi qubadlılı gənclərin əksərinin həyat devizinə çevrilib. Amma onların idmanla daha da rahat məşğul olması üçün geniş məşq zalına ehtiyacları vardı. Bunu nəzərə alıb “Şəfa” sanatoriyasının yanında bir idman zalı istifadəyə verildi. Bu gəncləri çox sevindirdi. Hazırda qubadlılı gənclər orada idmanın müxtəlif növləri ilə məşğul olurlar. Kim bilir, bəlkə bir qədər keçəcək, onların arasından yeni çempionlar çıxacaq. 

 

Barat VAHABOV,

məcburi köçkün 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video