Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sakinlər tibbi xidmətlə tam təmin olunublar
Sakinlər tibbi xidmətlə tam təmin olunublar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 09.02.2016

 

Kəndimiz rayon mərkəzindən təxminən 13 kilometr məsafədədir. İnsanlar  məhsuldar torpaqlarda halal zəhmətləri hesabına həyatlarını qururlar. Dövlət də öz vətəndaşının yanındadır: kəndimizdə infrastruktur yenilənir, yeni sosial obyektlər istifadəyə verilir, kənd təsərrüfatının inkişafı stimullaşdırılır. Beləcə, insanların gəlirləri artır, rifah səviyyələri yüksəlir. Əhalinin tibb xidməti ilə əhatə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İki il əvvəl kənddə həkim məntəqəsi də istifadəyə verilib.

Kəndin əhalisi 1665 nəfərdir. Həkim məntəqəsinin imkanları bütün kəndə yetəcək qədər genişdir. Məntəqə Yenicə kəndinin sakinləri ilə yanaşı burada məskunlaşmış 11 məcburu köçkün ailəsinin 61 nəfər üzvünə və 2 Çernobıl əlilinə də xidmət edir.

Onu da qeyd edim ki, kənddə yaşayan bütün uşaqlar plan üzrə vaxtaşırı peyvənd olunurlar. Bunun üçün zəruri bütün növ peyvənd materialı ilə təmin olunmuşuq. İnsanlara xidmət göstərmək, sağlamlıqlarının keşiyində durmaq, onlara sevinc bəxş etmək biz tibb işçilərinin həm peşə borcudur, həm də mənəvi zövq mənbəyi.

 

Məmməd GÜNƏŞOV,

Ağdaş rayon Yenicə kənd həkim məntəqəsinin feldşeri