09 Fevral 2016 12:02
855
Oxucu məktubları
A- A+

Müəllimlərin fədakarlığı

 

Kəndimizdə bir neçə il əvvəl yaradılmış “Aran”  futbol klubu ilk uğurlarını qazanmaqdadır. Klubun təşkilatçıları da, məşqçiləri də Ağcabədi rayonundakı Köyük kənd tam orta məktəbinin bədən tərbiyəsi müəllimləri Nizami Məhərrəmov və Mahir Bağırovdur. Onların fədakarlığı sayəsində yaradılmış 13 yaşınadək qızlardan, 12, 13 və 14 yaşlı oğlanlardan ibarət futbol komandaları respublika birinciliklərində uğurla çıxış edirlər.

Artıq qərb regionu üzrə 8 komanda arasında yaxşı oyunu ilə seçilən “Aran” futbolçuları respublikanın tanınmış mütəxəssislərinin də diqqətini cəlb edib. Ötən ilin son aylarından start götürmüş çempionatda qızlardan ibarət komanda İsmayıllı rayonunda, oğlanlardan ibarət komanda isə Mingəçevir şəhərində keçirilən yarışlara qoşulub. Əzmkarlıq nümayiş etdirən qızlar komandası hazırda 4-cü pillədə qərarlaşıb.  “Aran”ın oğlanları da yarış cədvəlinin ön sıralarında yer alırlar.

Bunun bir səbəbi də Köyük kənd tam orta məktəbinin geniş idman zalında, futbol meydançasında məşq etmək üçün əlverişli şəraitin olmasıdır. Köyüklü yeniyetmələr burada daim məşq edir, yarışlara inamla hazırlaşırlar.

İnanırıq ki, onlar yeni qələbələrlə bizi sevindirəcəklər. Doğrudur, kənd yerlərində idmanın uşaq komandalarının təşkili müəyyən qədər vəsait, zəhmət tələb edir. Bununla belə, iki kənd müəllimi idmanı məhdud imkanlarla da inkişaf etdirməyin mümkünlüyünü göstərdilər.

Redaksiyaya məktub yazmağımın da əsas məqsədi odur ki, bu təcrübə öyrənilsin. Adları çəkilən müəllimlərin getdiyi yolla daha çox istedadlı, bacarıqlı yeniyetmələri üzə çıxarıb istiqamətləndirmək olar. Belədə təkcə rayon miqyasında yox, ölkə səviyyəsində də xeyli istedadlı futbolçu üzə çıxar.

 

Akif ƏLİYEV,

Ağcabədi rayonu, Köyük kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video