Alternative content

13:59 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şabran muzeyi turistlərdə xoş təəssürat yaradır
Şabran muzeyi turistlərdə xoş təəssürat yaradır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 09.02.2016

 

Şabran Tarix-Diyarşünaslıq Muzeyi 1991-ci ildə yaradılıb. İlk illər kiçik otaqda fəaliyyət göstərib. 1998-ci ildə giriş qapısında, divarlarında, görkəmində belə tarix yaşadan binaya köçüb.

Hazırda muzeyimizdə 3617 eksponat var və 8 bölmədən ibarətdir. Burada rayonun hər kəndi, qəsəbəsi barədə geniş məlumat öz əksini tapıb. Muzeydə rayon ərazisində yaşayan azsaylı xalqların tarixini əks etdirən bölmə də fəaliyyət göstərir. Hər bölmə üçün ayrıca yer ayrılıb və mövzulara uyğun tərtib olunub. Bu günədək Şabran ərazisində 150-yə qədər abidə aşkarlanıb. Tarixi köklərə söykənən “Şabran IV əsrdə”, “Çıraqqala” bölmələri bura gələn hər kəsin marağına səbəb olur.

Bura hər gün onlarca insan gəlir, eksponatlarla maraqlanır, qədim el adətlərimizin tarixi ilə yaxından tanış olur. Bakı-Rostov yolunun üstündə yerləşən Şabran turistlərin ən çox dayandıqları rayonlardandır. Ötən ilin idman bayramı olan I Avropa Oyunlarında muzeyə yüzlərlə xarici qonaq gəlmiş, rayonumuzun tarixi ilə maraqlanmışlar. Muzeydə çəkilən şəkillərin dünyanın bir çox ölkəsinin mətbuatında, sosial şəbəkələrdə paylaşılması bunun bariz sübutudur.

Şabranın, eləcə də ətraf şəhər və rayonların məktəbliləri vaxtaşırı muzeyimizdə olur.  Sumqayıt, Qusar, Quba, Siyəzən, Xızı  rayonlarının mədəniyyət işçiləri, əhalisi də buranı mütəmadi olaraq ziyarət edirlər.

 

Vəfa HÜSEYNOVA,

muzeyin direktoru