Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:40 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu qiymətə sirk olar?
Bu qiymətə sirk olar?
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 09.02.2016

 

Uşaqların təhsili, təlim-tərbiyəsi nə qədər əhəmiyyətlidirsə, onların asudə vaxtlarının, istirahət və əyləncələrinin təşkili də bir o qədər vacibdir. İstər gündəlik , istərsə də qısa və ya uzunmüddətli tətil dövrlərində uşaqların yaşlarına, maraqlarına, zövqlərinə uyğun  mənalı istirahətlərinin təşkilinə xüsusi diqqət yetirmək lazımdır. Şübhəsiz, hər valideyn də çalışır ki, övladı hərtərəfli inkişaf etsin, fiziki və əqli cəhətdən sağlam böyüsün, xoşbəxt olsun.

Təəssüf ki, heç də həmişə istək və arzularımızla imkanlarımız üst-üstə düşmür, yaxud şərait, mühit, şərtlər qənaətbəxş səviyyədə olmur. Qış tətilində ənənəvi olaraq Bakıya əcnəbi ölkələrdən sirk gəlir. Onların məhdudlaşdırılmış proqramla, kollektivlə gəlmələrini, çıxışlarının səviyyəsini, keyfiyyətini, eləcə də Bakı Sirkinin özünün hazırkı vəziyyətini müzakirəyə çıxarmadan bir çox ailəni düşündürən və məyus edən məsələyə - sirk biletlərinin qiymətlərinə toxunmaq istərdik. Bəlkə də indiki dövrdə bir biletin 8-15 manat olması gözə çox da baha görünmür. Amma nəzərə almaq lazımdır ki, uşaqlar belə tədbirlərə tək göndərilmir, mütləq valideynin, yaxud yetkin şəxsin müşayiəti ilə gedirlər. Ailədə birdən artıq uşaq olanda isə belə əyləncələrə onların hamısı getmək istəyir. Şübhəsiz ki, bu halda uşaqlar arasında ayrı-seçkiliyə yol verib qəlblərini qırmaq olmaz. Əgər iki uşaqla bir valideyn sirkə getmək istəsə, bunun üçün ən azı (ən ucqar yuxarı yerlər üçün) 24 manat, ön sıralar üçün 45 manat, orta yerlər üçün 30 manat ödəmək məcburiyyətində qalacaq. Şübhəsiz, fasilədə, yaxud tamaşa boyu uşaqlar nə isə yemək, içmək istəyəcəklər. Ən ucuz “menyu” və üstəlik, nəqliyyat xərcləri birlikdə 10-15 manat tutacaq. Beləliklə, bir dəfə sirkə tamaşa orta hesabla 40-60 manata başa gələcək.

Orta statistik azərbaycanlı ailəsi üçün bu, kifayət qədər ciddi rəqəmdir. Xüsusilə, qiymətlərin artdığı dövrdə. Çünki tətil təkcə bir günlük istirahətdən ibarət deyil. Qalan günlər də istirahətlə bərabər cari həyat qayğıları ilə “zəngindir”. Zəruri, təxirəsalınmaz gündəlik xərclərlə müqayisədə isə bu rəqəm ailə büdcəsinin kifayət qədər böyük məbləğini əhatə edir. Çox zaman məhz bu səbəbdən də sirk, kino, teatr, muzey, konsert, sərgi gəzintiləri kimi mədəni istirahət növləri aztəminatlı, hətta orta təminatlı ailələr tərəfindən təxirə salınır. Sonra bu, vərdişə, adi hala çevrilir...

Çıxış yolu isə həmişə var. Sirk qastrolları Mədəniyyət və Turizm Nazirliyinin, digər dövlət təşkilatları, eləcə də kommersiya şirkətləri, biznesmenlər tərəfindən maliyyələşdirilsə, onlara təşkilati dəstək verilsə - bir sözlə, proqramlara sözün real mənasında sponsorluq edilsə, bilet qiymətlərini minimuma endirmək, sirki hər ailə üçün əlçatan etmək olar. Beləcə, tamaşaların, proqramların özlərinin deyil, biletlərinin qiymətini ucuzlaşdımaq mümkündür. Unutmayaq ki, uşaqların yolunda xərclənən vəsait millətin gələcəyinə yatırılan sərmayədir.

 

Elxan ELDAROĞLU,

Bakı


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM