Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:58 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 17
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 17
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:02 07.02.2016

 

№ 17                                      Bakı şəhəri, 28 yanvar 2016-cı il

 

“2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin  təklifini  nəzərə alaraq, xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin müalicəsinin və həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara  alır:

1. “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 28 yanvar tarixli 17nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə

 

TƏDBİRLƏR PROQRAMI

 

  1. 1.            Giriş

 

Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da  xroniki böyrək çatışmazlığına düçar olan  və hemodializ müalicəsi alan xəstələrin sayı ilbəil artır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın bu xəstələrin aşkar olunmasında və dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təmin olunmasında böyük rolu olmuşdur. 

Adıçəkilən Tədbirlər Proqramı çərçivəsində bu sahədə müasir müalicə və diaqnostika üsullarının tətbiqi mümkün olmuşdur. 

Xroniki böyrək çatışmazlığı olan xəstələrin sayına uyğun olaraq hemodializ mərkəzlərinin şəbəkəsi genişləndirilmiş, 14 yeni hemodializ mərkəzi istifadəyə verilmişdir. Hazırda respublikada fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2800-dən artıq xəstə hemodializ seansları ilə təmin olunur.

 Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının böyrəkköçürmə mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsində dövlət vəsaiti hesabına böyrəkköçürmə əməliyyatları icra olunur. 

Böyrək daşı xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokol hazırlanıb tətbiq edilmişdir. Həkimlər və orta tibb işçiləri üçün ixtisasartırma kursları təşkil olunmuşdur. 

On ildir ki, hər il mart ayında Ümumdünya Böyrək Günü münasibətilə Bakı şəhərində elmi konfrans təşkil olunur. Azərbaycan nefroloqları mütəmadi olaraq Avropa və Ümumdünya Nefroloqlarının konqreslərində iştirak edirlər.

Xroniki böyrək çatışmazlığının profilaktikasına dair elmi-kütləvi ədəbiyyat, bukletlər, vərəqələr, plakatlar çap edilmişdir.

Respublikada böyrək və digər orqanların transplantasiyası aparılmış 580-ə yaxın xəstə qeydiyyatdadır ki, onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi  dövlət  büdcəsi hesabına aparılır. Bu xəstələrin sayı hər il 18-20% artır. Növbəti illərdə böyrəkköçürmə əməliyyatlarının sayının artacağı  proqnozlaşdırılır ki, bu da həm əməliyyat zamanı, həm də əməliyyatdan sonrakı dövrdə əlavə maliyyə vəsaiti tələb edir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir.

“2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”   (bundan sonra - Tədbirlər Proqramı) xroniki  böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasınayönəldilmişdir.

 

  1. 2.            Tədbirlər Proqramının əsas məqsədi və vəzifələri

 

2.1. Tədbirlər Proqramının əsas məqsədi xroniki  böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasından,  onların həyat keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir.

2.2. Tədbirlər Proqramının vəzifələri aşağıdakılardır:

2.2.1.  xroniki böyrək çatışmazlığı olan xəstələrin sayına uyğun olaraq, hemodializ mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi;  

2.2.2. hemodializ mərkəzlərinin müvafiq tibbi avadanlıq və ləvazimatlarla təmin edilməsi;   

2.2.3. xroniki böyrək çatışmazlığındanəziyyət çəkən insanların hemodializ seansları və dərman preparatları ilə davamlı təminatı;

2.2.4. ehtiyacı olan xəstələr üzərində böyrəkköçürmə əməliyyatlarının həyata keçirilməsi; 

2.2.5.   nefroloji xidmətin kadr potensialının gücləndirilməsi;

2.2.6 əhalinin xroniki böyrək çatışmazlığınınprofilaktikası sahəsində maarifləndirilməsi.

 

  1. 3.            Monitorinq və qiymətləndirmə

 

3.1. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

  1. 4.            Tədbirlər  Proqramının maliyyələşdirilməsi

 

4.1. Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

5. Tədbirlər Proqramının həyata keçirilməsindəngözlənilən nəticələr

 

5.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr  aşağıdakılardır: 

5.1.1. xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi yardımın səmərəliliyinin artırılması;

5.1.2. ehtiyacı olan xəstələrə böyrəkköçürmə əməliyyatının  aparılması;

5.1.3. xəstələrin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması. 

 

6. Tədbirlər Proqramının  həyata keçirilməsi üzrə  Fəaliyyət Planı

 

Sıra №-si

Tədbirin adı

 

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

 

6.1. Təşkilati tədbirlər

6.1.1.

Xroniki böyrək   çatışmazlığı olan  xəstələrin  vahid elektron registrinin təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi 

2016-2018

6.2. Xroniki böyrək xəstəliklərinin profilaktikası,  müalicəsi və reabilitasiyası

6.2.1.

Böyrəklərin xroniki patologiyası olan şəxslərin  vaxtında aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən  hemodializ müalicəsi ilə təmin edilməsi   

Səhiyyə Nazirliyi

 

 

2016-2020 

6.2.2.

Böyrəklərin xroniki xəstəlikləri  zamanı müasir müalicə və diaqnostika üsullarının tətbiq edilməsi

Səhiyyə Nazirliyi

 

2016-2018 

6.2.3.

Xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən edilməsi

Səhiyyə Nazirliyi

 

 

2016-2018 

6.2.4.

Bakıda və regionlarda hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi

Səhiyyə Nazirliyi

 

2016-2020

6.2.5.

Ehtiyacı olan xəstələr üzərində   böyrəkköçürmə əməliyyatlarının həyata keçirilməsi 

Səhiyyə Nazirliyi

 

 

2016-2020

6.2.6.

 Xroniki böyrək çatışmazlığı nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərin  tibbi-sosial reabilitasiyası işinin yaxşılaşdırılması

Səhiyyə Nazirliyi, Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2016-2020

6.3. Kadr hazırlığı

6.3.1.

Nefrologiya sahəsində mütəxəssislərin hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması  

Səhiyyə Nazirliyi

 

 

2016-2020

6.3.2.

Mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi

Səhiyyə Nazirliyi

 

2016-2020

6.4. Böyrəklərin xroniki xəstəliklərinədair maarifləndirmə

6.4.1.

Böyrəklərin xroniki xəstəliklərinin      profilaktikasına dair elmi-kütləvi ədəbiyyatın,  bukletlərin, vərəqələrin, plakatların çap edilməsi   

Səhiyyə Nazirliyi

 

 

2016-2020

6.4.2.

Kütləvi informasiya vasitələri ilə böyrəklərin xroniki xəstəliklərinin   profilaktikasına dair əhalinin maarifləndirilməsi

Səhiyyə Nazirliyi, kütləvi  informasiya vasitələri

 

2016-2020

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM