07 Fevral 2016 01:02
712
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 22

 

№ 22                                                  Bakı şəhəri, 28 yanvar 2016-cı il

 

“2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

 

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 28 yanvar tarixli 22nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu vəqan xidmətinin inkişafına dair

 

TƏDBİRLƏR PROQRAMI

 

1.Giriş

 

  “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına əsasən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 dekabr tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsinə, ehtiyacı olan xəstələrin qan və qan komponentləri ilə təmin olunmasınınyaxşılaşdırılmasına imkan yaratmışdır. Belə ki, həmin Tədbirlər Proqramının həyata keçirildiyi dövrdə təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artmışdır.           

  Donorluğun təbliği və təşviqi məqsədi ilə kütləvi informasiya vasitələrində qan donorluğuna dair mütəmadi olaraq məlumatlar yayımlanmış, o cümlədən idarə və təşkilatlarda 800-ə yaxın qanvermə aksiyası təşkil edilmişdir. Qan donorluğunun təşviqinə dair bukletlər, plakatlar, vərəqələr  dərc olunmuş, videoçarxlarburaxılmışdır.

Qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin olunması həyata keçirilmiş, bu sahədə çalışan həkimlər və orta  tibb işçiləri müvafiq təlimlər keçmişlər. Bu dövrdə qan xidməti mütəxəssislərinin xarici ölkələrdə konfrans və simpoziumlarda iştirakları təmin olunmuşdur.

  Həyata keçirilən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər bütövlükdə aradan qaldırılmışdır. 

Eyni zamanda, qan xidmətinin inkişaf etdirilməsinə, donor hərəkatının genişləndirilməsinə, qan xidməti müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına ehtiyac vardır.

2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı (bundan sonra - Tədbirlər Proqramı)xəstələrin keyfiyyətli və təhlükəsiz qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasınayönəldilmişdir.

 

2. Tədbirlər Proqramının məqsədi və əsas vəzifələri

 

2.1. Tədbirlər Proqramının məqsədi xəstələrin keyfiyyətli qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın  səviyyəsinin artırılmasından ibarətdir.

2.2. Tədbirlər Proqramının   əsas vəzifələri aşağıdakılardır:

2.2.1. tədarük edilən və istifadə olunan qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin olunması;

2.2.2. qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;

2.2.3. qan və qan komponentlərinin donorluğunun inkişaf etdirilməsi;

2.2.4. qan xidməti və transfuziologiya sahəsində kadr hazırlığının təkmilləşdirilməsi.

 

3. Monitorinq və qiymətləndirmə

 

3.1.Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

 

4. Tədbirlər Proqramının maliyyələşdirilməsi

 

4.1.Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

5. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

 

5.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

5.1.1. təmənnasız donorların sayının artırılması;

5.1.2. müalicə profilaktika müəssisələrinin keyfiyyətli və təhlükəsiz qan və onun komponentləri ilə daimi və optimal təmin edilməsi;

5.1.3. qan komponentlərinin qan banklarında uzunmüddətli saxlanılmasının təmin    edilməsi, fövqəladə vəziyyətlər və təbii fəlakətlər zamanı toxunulmaz ehtiyatların artırılması.

 

6. Tədbirlər Proqramının  həyata keçirilməsi üzrə Fəaliyyət Planı

 

Sıra №-si

Tədbirin adı

İcraçı təşkilatlar

İcra müddəti (illər üzrə)

1

2

3

4

6.1. Qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi

6.1.1.

Qan xidməti müəssisələrinin maddi-texniki bazasınınmöhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin edilməsi

Səhiyyə Nazirliyi

2016-2017

6.1.2.

Səyyar şəraitdə qan tədarükünün həyata keçirilməsi məqsədi ilə Mərkəzi Qan Bankının və onun regional bölmələrinin avtonəqliyyat və xüsusi avadanlıqla təmin edilməsi

Səhiyyə Nazirliyi

2017-2018

6.2. Qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi

6.2.1.

 

 

 

 

 

Tədarük edilən qanın təhlükəsizliyini  təmin edən müasir texnologiyaların tətbiq edilməsi (qan komponentlərinin virusinaktivasiyası, donor qanının tam avtomatlaşdırılmış üsulla müayinəsi)

Səhiyyə Nazirliyi

 

 

 

2017-2018

 

 

 

         

 

 

1

2

3

4

6.2.2.

 

 

 

Mərkəzi Qan Bankının regional bölmələrində donor qanının transmissiv infeksiyalara yoxlanılmasının təşkil edilməsi

Səhiyyə Nazirliyi

 

2017-2018

 

 

 

6.2.3.

Qan donoru ilə  resipiyentin qanının tam uyğunluğunun  təmin olunması  məqsədi ilə  Mərkəzi Qan Bankının regional bölmələrində  qan qrupu və rezus faktorla  yanaşı, digər eritrosit antigenlərinin təyin edilməsinin   təşkili

Səhiyyə Nazirliyi

 

2017

6.3. Qanın və qan komponentlərinin donorluğunun təbliği

6.3.1.

Bakı şəhərində və  respublikanın digər şəhər və  rayonlarında yerləşən  idarə və təşkilatlarda könüllü donorluq aksiyalarının   təbliği və həyata keçirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

6.3.2.

Ali  məktəb  tələbələrinin donorluq aksiyalarına cəlb edilməsi

Səhiyyə Nazirliyi,

Təhsil  Nazirliyi

2016-2020

6.3.3.

Qanın və qan komponentlərinin donorluğuna aid   kitabçaların, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi,  təbliğat xarakterli sosial çarxların hazırlanması və onların ictimai yerlərdə yayılmasının təşkili

Səhiyyə Nazirliyi

2016-2020

6.3.4.

Kütləvi informasiya vasitələri ilə qan   donorluğuna dair məlumatların verilməsi

 

Səhiyyə Nazirliyi

 

2016-2020

6.3.5.

Müntəzəm olaraq əhali arasında qan donorluğu ilə bağlı  məsələlərə aid maarifləndirmə kampaniyalarının, aksiyaların və görüşlərin təşkili

 

Səhiyyə Nazirliyi

2016-2020

6.3.6.

Qan xidmətinin məlumat  portalının yaradılması və mövcud olan registrlərin təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2016-2017

6.3.7.

Qan donorluğuna dair seminarların və elmi konfransların təşkil edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

         

 

 

1

2

3

4

6.3.8.

Qanın, qan komponentlərinin tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanması

Səhiyyə Nazirliyi

2016-2020

6.3.9.

Qan və qan komponentlərinin donorluğuna dair Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların təlimatlarının Azərbaycan dilinə tərcümə edilməsi 

Səhiyyə Nazirliyi

2016-2020

6.4. Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı

6.4.1.

Təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün lazımi ehtiyatların yaradılması (qan torbaları, müvafiq reaktivlər, qanəvəzedicilər, qanköçürmə sistemləri və s.)

Səhiyyə Nazirliyi,

Fövqəladə Hallar  Nazirliyi

2016-2020

6.5. Kadr hazırlığı

6.5.1.

Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən,  xarici ölkələrdə)

Səhiyyə Nazirliyi

2016-2020

6.5.2.

Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin yerli və beynəlxalq konqres, konfrans və simpoziumlarda  iştirakının təmin edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video