Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

11:47 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 10
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 10
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:02 05.02.2016

 

№ 10                           Bakı şəhəri, 26 yanvar 2016-cı il

 

“Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar”ın təsdiq edilməsi barədə

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 522 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 26 yanvar tarixli 10nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar

 

  1. Piyada zolağında hərəkətin svetoforla nizamlanması üçün vacib olan hallar:

1.1. Aşağıdakı hallarda piyada zolağında hərəkət svetoforla nizamlanır:

1.1.1. nizamlanan yolayrıcındakı ümumi intensivlik yolayrıcından bir istiqamətdə çıxan, sağa və sola dönən nəqliyyat axınının sayı bir saat ərzində 120 avtomobildən, həmin istiqamətdəki axından keçən piyadaların hərəkət intensivliyi isə qeyd olunan muddətdə 600 nəfərdən az olmadıqda;

1.1.2. iş günlərində nəqliyyat vasitələrinin hərəkət intensivliyi hər iki istiqamətdə bir saat ərzində 600 avtomobildən (ayırıcı zolaq olan küçələr üçün bir saat ərzində 800 avtomobildən), piyadaların bir istiqamətdə hərəkət intensivliyi isə qeyd olunan müddətdə 150 nəfərdən az olmadıqda (bu halda svetoforun siqnallarında tək və ya çoxproqramlı (hərəkət intensivliyindən asılı olaraq svetofor siqnallarının yanma müddəti dəyişdirilən) rejim tətbiq olunmalıdır);

1.1.3. hərəkətdə olan nəqliyyat vasitələrinin intensivlik həcmi bir saat ərzində 600 avtomobildən (təhlükəsizlik adacığı (yolu keçən piyadaların dayanması üçün yolun hərəkət hissəsinin üzərində konstruktiv qoruyucu element kimi ayrılmış hissə) ayrılmış olduqda, bir saat ərzində 800 avtomobildən) az olmamaq şərtilə bir istiqamətdə piyadaların hərəkət intensivliyi eyni vaxt ərzində 50 nəfərdən (təhlükəsizlik adacığı olduqda eyni vaxtda 100 nəfərdən) az olmadıqda və epizodik xarakter daşıdıqda (gün ərzində çoxlu qəfil (sutkanın müəyyən saatları ərzində hərəkət intensivliyi kəskin çoxaldıqda və ya azaldıqda) dəyişikliklər olduqda). Bu halda çağırıcı qurğu (svetoforun qadağanedici siqnalı piyadalar tərəfindən svetoforun üzərində quraşdırılmış xüsusi düymə ilə idarə olunan) ilə işləyən svetoforlar tətbiq edilir;

1.1.4. piyada keçidi, nəqliyyat vasitələrinin hərəkət sürəti 60 km/saatdan çox olan sürətlə hərəkətinə icazə verilən şəhərin küçə-yol şəbəkəsinin tərkib hissəsi olan magistral avtomobil yolda təşkil edildikdə;

1.1.5. əhalisinin sayı 15 min nəfərdən az olan yaşayış məntəqələrində normalar (yuxarıda qeyd edilən hallar) 30% azaldılmalıdır;

1.1.6. yolayrıcılarının və piyada keçidlərinin qarşısında hərəkət edən nəqliyyat vasitələrinin tam dayanması üçün görünmə məsafəsi (sürücünün yolun hərəkət istiqamətində görmə məsafəsi ərazinin relyefi, yolun həndəsi parametrləri, yaşıllıqlar, tikililər, qurğular və ya digər obyektlərlə məhdudlaşdırıldıqda) təmin olunmadıqda və həmin piyada keçidlərinin müvafiq yol nişanları ilə təşkil edilməsi mümkün olmadıqda;

1.1.7. son 12 ay ərzində piyada keçidi yerləşən ərazidə ən azı üç dəfə yol-nəqliyyat hadisəsi (piyadanın vurulması həmçinin eyni istiqamət üzrə hərəkət edən nəqliyyat vasitələrinin toqquşması) baş verdikdə, piyadaların və nəqliyyatın intensivliyi isə 1.1.1 -1.1.3-cü yarımbəndlərdə göstərilənlərin ən azı 30%-ini təşkil etdikdə;

1.1.8. əlillərin və sağlamlığı məhdud olan şəxslərin kütləvi toplaşdığı obyektlərin (tibb müəssisələri, reabilitasiya mərkəzləri, müvafiq cəmiyyətlər, həmçinin bu şəxslər üçün tikilmiş yaşayış binaları) yaxınlıqda olan piyada keçidlərində (kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün) svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilir.

2. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar:

2.1. hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət sürətinin azaldılması nəticəsində yolun buraxılma qabiliyyətinin azalmasına və nəqliyyat vasitələrinin hərəkətinin ləngimələrinə səbəb olan hallarda;

2.2. piyada axınının avtomobil yolu ilə kəsişməsinin eyni səviyyədə təşkili ərazinin relyef xüsusiyyətləri, görünmə məsafəsinin məhdud olması səbəbindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mümkün olmadıqda.

 

Qeyd.“Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar”da dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM