Alternative content

15:36 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 14
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 14
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:02 05.02.2016

 

№ 14                                      Bakı şəhəri, 28 yanvar 2016-cı il

 

“Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1364-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 677 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 28 yanvar tarixli 14nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə

məhkumların məcburi müalicəsinin aparılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1.        Bu Qaydalar “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1364-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin                 2015-ci il 12 noyabr tarixli 677 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən hazırlanmışdır və cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların (bundan sonra - narkoloji xəstə məhkumlar) məcburi müalicəsinin aparılması qaydalarını müəyyən edir.

1.2.        Bu Qaydalara uyğun olaraq tətbiq edilən məcburi müalicə tədbirləri yalnız narkoloji xəstə məhkumların səhhətinin yaxşılaş-dırılmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkoloji xəstə məhkumların normal həyat tərzinə qaytarılmasına, şəxsin özünə və ya digər şəxslərə zərər yetirməsi təhlükəsinin aradan qaldırılmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarınayol verilməməsinə yönəldilir.

 

2. Narkoloji xəstəməhkumlara məcburi müalicənin tətbiq edilməsininümümi şərtləri

 

2.1.    Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində Azərbaycan Respub-likasının Cinayət Məcəlləsinin və Azərbaycan Respublikasının Cinayət‑Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tıbbi xarakterli məcburi tədbirlər tətbiq edilir.

2.2.    Narkoloji xəstə məhkumlara məcburi müalicə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tətbiq edilir.

2.3.    Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan müalicə üsulları tibb elminin son nailiyyətlərinə əsaslanır.

2.4.    Məcburi müalicə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məcburi müalicədə olan şəxslərə sosial qayğının göstərilməsində, reabilitasiyasında, cəmiyyətə reinteqrasiyasında donor və (və ya) qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilərazılaşdırılmış qaydada iştirak edə bilərlər.

2.5. Cinayət və cəzaların icrası qanunvericiliyinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlər cəza müddətində cəzanı icra edən müəssisənin tibb xidməti tərəfındən həyata keçirilir.

 

3. Cəzaçəkmə müəssisələrində saxlanılan məcburi müalicə tətbiq edilmiş məhkumlar barədə məlumatın ötürülməsi

 

3.1. Məcburi müalicənin tətbiqi və ya ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı narkoloji xəstə məhkumun saxlanıldığı cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra qeydiyyat qurumu tərəfındən həmin müəssisənin tibb xidmətinin rəhbərinə yazılı məlumat verilir.

3.2. Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş məhkumlar bir cəzaçəkmə müəssisəsindən digərinə köçürüldükdə, qeydiyyat qurumu tərəfındən həmin müəssisənin tibb xidmətinin rəhbərinə yazılı məlumat verilir.

3.3.   Tibb xidmətinin rəhbəri məcburi müalicə barədə yazılı məlumatı aldıqdan sonra həmin məlumatı cəzaçəkmə müəssisəsinin həkim-narkoloquna və ya onu əvəz edən şəxsə təqdim edir.

3.4.   Cəzaçəkmə müəssisəsinin tibb xidmətinin rəhbəri alınmış məlumatı 3 (üç) gündən gec olmayaraq, penitensiar müəssisələrdə saxlanılan narkoloji xəstələrin vahid elektron bazasına daxil edir və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə (bundan sonra - Tibb Baş İdarəsi) yazılı məlumat göndərir.

 

4.   Məcburi müalicənin həyata keçirilməsi

 

4.1. Məhkumun məcburi müalicəsi cəza çəkdiyi müəssisədə həkim-narkoloqtərəfındən təyin edilmiş müayinə və müalicə planı əsasında həyata keçirilir.

4.2.    Məcburi müalicə zamanı müayinə və müalicə müəssisədə ambulator və ya stasionar qaydada aparılır.

4.3.    Məcburi müalicənin aparılması barədə bütün tibbi məlumatlar məhkumun tibbi kitabçasında qeyd olunur.

4.4.    Məhkumun tibbi kitabçasında xəstənin səhhətinin vəziyyəti (psixi və somatik) barədə qeydlər ilk 2 (iki) ay müddətində həftədə bir dəfə, qalan müalicə müddətində isə ayda 2 (iki) dəfədən az olmayaraq aparılır.

4.5. Məcburi müalicəyə cəlb edilmiş xəstəyə həkim-narkoloq tərəfındən müayinə planına əsasən aşağıdakı tədbirlər tətbiq edilir:

4.5.1.   döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi – ilk dəfə daxil olduqda dərhal, sonradan ildə bir dəfə;

4.5.2.   ümumi və klinikilaborator müayinələr – 6 (altı) aydan bir;

4.5.3.   yoluxucu xəstəliklərin müayinəsi (QİÇS, B və C hepatitləri, sifilis) – 6 (altı) aydan bir;

4.5.4.  digər laborator müayinələr və həkim-mütəxəssislərin baxışları – tibbi göstərişlər olduqda.

4.6. Müayinələrin aparılması müddətləri, digər laborator müayinələr və həkim-mütəxəssislərin baxışlarının təşkili həkim-narkoloqun əsaslandırılmış qeydləri əsasında həyata keçirilir.

4.7.   Məcburi müalicədə olduğu müddətdə həkim təyinatı olmadan xəstənin psixoaktiv maddələr qəbul etməsinə şübhə yaradan əlamətlər müşahidə edildikdə, faktı təsdiq və ya inkar etmək məqsədi ilə həkim-narkoloq tərəfındən narkoloji tibbi müayinə aparılır.

4.8.   Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkuma qanunsuz təsirin göstərilməsi ehtimalı istisna olunmalı, onlar işgəncə, qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar.

4.9.   Məcburi müalicə dövründə cəzaçəkmə müəssisəsinin tibb personalı narkoloji xəstə məhkumların fıziki və psixi sağlamlığının qayğısına qalır, onlara cəmiyyətdə mövcud səhiyyə standartlarına uyğun tibbi xidmət göstərilir.

4.10.      Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkumların xarici aləmlə əlaqələri kəsilməməli, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məhkumlara öz ailələri, qohumları və kənar təşkilatların nümayəndələri ilə görüşmələrinə, poçt, telefon və digər əlaqə vasitələri ilə əlaqə saxlamalarına icazə verilməlidir.

4.11.      Narkoloji xəstə məhkumlar psixoloji yardımla təmin edilirlər.

 

5.   Həyata keçirilmiş məcburi müalicənin qiymətləndirilməsi

 

5.1.    Aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətlən-dirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həkim-məsləhət komissiyaları (bundan sonra -HMK) vasitəsilə həyata keçirilir.        

5.2.        Məhkumun müalicə kursu başa çatdıqda, həkim-narkoloq tərəfındən epikriz tərtib olunur. Bu epikrizdə həkim-narkoloqun rəyi, laborator və digər müayinələrin nəticələri, müayinədən sonra əldə edilmiş effekt, məhkumun psixi və fıziki vəziyyətində baş vermiş dəyişikliklər göstərilir və məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi üçün məhkumun tibbi kitabçası ilə birlikdə HMK-ya göndərilir.

 

 

5.3.   Məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi zamanı zəruri müayinələrin aparılması məqsədi ilə narkoloji xəstə məhkumlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə (bundan sonra - müalicə müəssisəsi) köçürülürlər. Müayinələr başa çatdıqdan sonra narkoloji xəstə məhkum dərhal cəzaçəkmə müəssisəsinə geri qaytarılır.

5.4.   İxtisaslaşdırılmış müalicə müəssisəsində tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsi həmin müəssisədə fəaliyyət göstərən həkim-məsləhət komissiyası tərəfındən həyata keçirilir.

5.5.   HMK məhkum barədə sənədlər daxil olduqdan sonra 15 (on beş) iş günündən gec olmayaraq, həyata keçirilmiş məcburi müalicə tədbirlərini qiymətləndirərək məcburi müalicənin tamamlanması və ya müalicənin davam etdirilməsi barədə tibbi rəy verir.

5.6.   Əlavə laborator müayinələrin keçirilməsi, həkim-mütəxəssislərin baxışının təşkili ilə bağlı qiymətləndirmə müddəti Tibb Baş İdarəsinin rəhbərliyi tərəfindən 1 (bir) ayadək uzadılır.

5.7.   HMK tibbi xarakterli məcburi tədbirlərdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicənin tamamlanması barədə tibbi rəy verir.

5.8.   HMK tərəfındən verilmiş tibbi rəy məhkumun şəxsi işinə əlavə edilməsi üçün onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təqdim edilir.

5.9.        Cəzaçəkmə müəssisəsinin müdiriyyəti HMK-nin məcburi müalicənin tamamlanması barədə tibbi rəyi əsasında 5 (beş) iş günündən gec olmayaraq, tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi barədə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır.

5.10.       Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi HMK-nin tibbi rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin vəsatəti ilə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfındən həll edilir.

 

6. Yekun müddəalar

 

6.1. Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfındən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir.

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”na uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər.