05 Fevral 2016 12:02
724
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 15

 

№ 15                                      Bakı şəhəri, 28 yanvar 2016-cı il

 

“2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq  Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara  alır:

1. “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2.  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Dövlət Proqramının həyata keçirilməsini təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 28 yanvar tarixli 15nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə

 

DÖVLƏT PROQRAMI

 

  1. 1.            Giriş

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.    

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” çərçivəsindəşəkərli diabet  xəstəliyinə düçar olmuş şəxslər davamlı olaraq insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri  ilə təmin edilmiş,  bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün 90 ədəd insulin pompası alınaraq onlara paylanmışdır. Respublika Endokrinoloji Mərkəzinə, akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Bakı Sağlamlıq Mərkəzinə, 6 nömrəli Uşaq Klinik Xəstəxanasına qlükozalaşmış hemoqlobini təyin etmək üçün avadanlıq verilmişdir.        

Şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində diabet təlim məktəbləri yaradılmış və bu şəbəkə genişləndirilmişdir. Hazırda  Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Salyan, Şirvan, Lənkəran,   Şəki, Bərdə, Balakən rayonlarında  belə məktəblər fəaliyyət göstərir.

Şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün hər il mütəmadi olaraq yay düşərgələri təşkil olunur.             

Şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilmişdir.    

 Şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı son 10 (on) il ərzində 3 dəfədən çox artmış, bu xəstəlik səbəbindən  ölüm səviyyəsi 2 dəfədən çox enmişdir.

 Şəkərli diabet (II tip) xəstəliyinin diaqnostikası və müalicəsi  üzrə kliniki protokol, diabetik pəncə sindromunun profilaktikası, diaqnostikası və müalicəsi üzrə metodik göstərişlər hazırlanaraq mütəxəssislərə paylanmışdır.

  Mütəxəssislər respublika daxilində, eləcə də Türkiyədə, Rusiyada və digər xarici ölkələrdə müvafiq kurslar keçmişlər. Respublika Endokrinoloji Mərkəzində beynəlxalq mütəxəssislər tərəfindən insulin pompasının tətbiqi ilə bağlı seminar təşkil olunmuş və həkimlər üçün təlimlər keçirilmişdir.

Şəkərli diabetin profilaktikasına dair elmi-kütləvi ədəbiyyat, bukletlər, vərəqələr, plakatlar çap edilmiş, kütləvi informasiya vasitələri ilə şəkərli diabetin profilaktikasına dair maarifləndirmə işi aparılmışdır.

Aparılan tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da şəkərli diabetlə xəstələnənlərin  sayı ilbəil artır.  “2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) şəkərli diabetin profilaktikasına,   xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində yaranan fəsadların qarşısının alınmasına yönəldilmişdir.

 

2. Dövlət Proqramının məqsədi və əsas vəzifələri

 

2.1. Dövlət Proqramının məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

2.2.1. şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.2.2. şəkərli diabet xəstələrinin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılması; 

2.2.3. endokrinoloji xidmətin kadr potensialının gücləndirilməsi;

2.2.4. şəkərli diabet xəstəliyinin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsi.

 

 

 

  1. 3.            Dövlət Proqramının maliyyələşdirilməsi

 

3.1. Bu Dövlət Proqramının icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

  1. 4.            Dövlət Proqramının həyata keçirilməsi üzrə

Tədbirlər Planı

 

Sıra №-si

Tədbirin adı

İcraçı təşkilatlar

İcra müddəti (illər üzrə)

1

2

3

4

4.1.         Dövlət Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər

4.1.1.

Şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

4.1.2.

Şəkərli diabet xəstələrinin dərman preparatları və özünənəzarət vasitələri ilə təmin olunmasının monitorinqinin həyata keçirilməsi məqsədi ilə kompüter proqramının təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

4.2.         Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası

4.2.1.

Şəkərli diabet xəstəliyinin və onun fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

4.2.2.

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

 

4.2.3.

Şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə  endokrinoloji yardım göstərən  tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

4.2.4.

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartının müəyyən edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

 

 

1

2

3

4

4.2.5.

Şəkərli diabetə düçar olmuş uşaq və gənclərin uçotunun aparılması, onlara növündən və tipindən asılı olmayaraq təhsil aldıqları bütün təhsil müəssisələrində tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarətin təşkil edilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi

2016-2020

4.2.6.

Şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla  təmin edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

4.3 Kadr hazırlığı

4.3.1.

Endokrinoloqların hazırlanması  üzrə baza ali tibb və rezidentura təhsili proqramlarının təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

4.3.2.

Endokrinoloqların, cərrahların, oftalmoloqların, nevropatoloqların və ginekoloqların iştirakı ilə   şəkərli diabetin fəsadlarının profilaktikasına  və müalicəsinə həsr olunmuş regional konfransların keçirilməsi

Səhiyyə Nazirliyi

2016-2020

4.3.3.

Şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

4.3.4.

İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili

Səhiyyə Nazirliyi

2016-2020

4.4.         Şəkərli diabetlə mübarizəyə dair maarifləndirmə

4.4.1.

Əhali arasında şəkərli diabet  xəstəliyinin risk amillərinə həsr olunmuş müvafiq mövzular üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

mütəmadi

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video