Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:43 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 16
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 16
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:02 05.02.2016

 

№ 16                                      Bakı şəhəri, 28 yanvar 2016-cı il

 

“2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın  təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, vərəm xəstəliyinin aşkarlanması, diaqnostikası və müalicəsinin yaxşılaşdırılması məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara  alır:

1. “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 28 yanvar tarixli 16nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə

 

TƏDBİRLƏR PROQRAMI

 

  1. 1.            Giriş

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, vərəm xəstəliyi ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. 2013-cü ildə dünyada 9 milyon insan vərəmə yoluxmuş və 1,5 milyon  insan bu xəstəlikdən vəfat etmişdir. Son illər vərəmin diaqnostikasının və müalicəsinin səmərəliliyininartırılmasının nəticəsi olaraq bu xəstəliyə yoluxanların və ölüm hallarının sayı bir qədər azalmışdır.

 Bununla yanaşı, vərəmin daha ağır, dərmanadavamlı formalarının  çoxalması epidemioloji vəziyyəti gərginləşdirir. Belə ki, 2013-cü ildə dünya üzrə yeni yoluxma hallarının 3,5%-i vərəmin dərmanadavamlı formasına aid olmuşdur və bu göstərici son illər getdikcə artmaqdadır.  

Vərəm xəstəliyi bütün dünyada olduğu kimi Azərbaycanda da ictimai sağlamlığın ciddi problemlərindən biridir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın   icrası məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Proqram qəbul edildikdən  sonra respublikada vərəm xəstəliyi ilə mübarizə aparan bir çox tibb müəssisələrinin tikintisi və təmiri həyata keçirilmiş, bu müəssisələrin maddi-texniki bazası gücləndirilmişdir. Respublikanın şəhər və rayonlarında vərəm əleyhinə tibb müəssisələrində mikrobioloji laboratoriyalar yaradılmışdır. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun referens laboratoriyasında respublikanın şəhər və rayonlarındanmərkəzləşdirilmiş qaydada gətirilən bəlğəm nümunələrinin bakterioloji müayinəsi təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikasında, Gəncə şəhərində və Masallı rayonunda fəaliyyət göstərən laboratoriyaların müasir avadanlıqlarla təchiz olunması nəticəsində sürətli molekulyar test sistemlərinin köməyi ilə dərmanadavamlı vərəmin diaqnostikası yaxşılaşmışdır. Xəstələrin ambulator müalicəsini təmin etmək  üçün nəzarət altında dərman preparatlarının qəbulu üçün təşkil edilmiş kabinetlərin sayı artırılmışdır. Vərəmin dərmanadavamlı formalarının stasionar müalicəsi üçün xüsusiləşdirilmiş vərəm xəstəxanaları təşkil edilmişdir.

Proqram çərçivəsində bu sahədə çalışan tibb işçiləri üçün müxtəlif təlimlər təşkil olunmuş, mütəxəssislər xarici ölkələrdə konfrans və simpoziumlarda iştirak etmişlər. Vərəmin aşkarlanması, diaqnostikası və müalicəsi üzrə bir neçə klinik protokol qəbul olunmuş və metodik təlimatlar hazırlanmışdır. Vərəmlə mübarizəyə dair bukletlər, vərəqələr çap olunmuş və kütləvi informasiya vasitələrində müxtəlif çıxışlar edilmişdir. Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzi yaradılmış, həmin Mərkəzə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən “Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə Əməkdaşlıq Mərkəzi” statusu verilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci illə müqayisədə dispanser qeydiyyatında olan vərəmli xəstələrin sayı 11 mindən 9,5 minə qədər azalmış, bu xəstəlikdən ölüm halları hər 100 min nəfərə 4,2-dən 3,9-a enmişdir. Penitensiar müəssisələrdə də vərəmlə mübarizə sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Eyni zamanda, vərəm xəstəliyi ilə mübarizə tədbirlərinin daha da təkmilləşdirilməsinə, xəstəlik hallarının erkən aşkar edilməsi, müalicəsi və profilaktikası məqsədi ilə tibb müəssisələrinin potensialının gücləndirilməsinə, bu sahədə çalışan kadrların hazırlıq səviyyəsinin artırılmasına və əhali arasında  maarifləndirmə işlərinin genişləndirilməsinə   ehtiyac vardır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq hazırlanmış “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” (bundan sonra - Tədbirlər Proqramı) yuxarıda göstərilən tədbirlərin həyata keçirilməsinəyönəldilmişdir.

 

2. Tədbirlər Proqramının  məqsədi və əsas vəzifələri

 

2.1. Tədbirlər Proqramının məqsədi Azərbaycan Respublika-sında vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması və bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasından ibarətdir.

2.2. Tədbirlər Proqramının əsas vəzifələri aşağıdakılardır:

2.2.1. vərəm xəstəliyinin profilaktikasının, erkən diaqnostika-sının və müalicəsinin yaxşılaşdırılması;

2.2.2. vərəm əleyhinə müəssisələrin  maddi-texniki bazasının möhkəmləndirilməsi;

2.2.3. xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı;

2.2.4. vərəm əleyhinə xidmətin kadr potensialının gücləndiril-məsi;

2.2.5. əhalinin vərəmlə mübarizə sahəsində maarifləndirilməsi.

 

3. Monitorinq və qiymətləndirmə

 

3.1. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tədbirlər Proqramının icrasına aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının cəlb olunmasını təmin edir.

 

4. Tədbirlər Proqramının maliyyələşdirilməsi

 

4.1. Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

4.2. Tədbirlər Proqramının icrasının səmərəliliyini artırmaq məqsədi ilə kreditlər, qrantlar və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər maliyyə mənbələri cəlb edilə bilər.

 

5. Tədbirlər Proqramının həyata keçirilməsindəngözlənilən nəticələr

 

5.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

5.1.1. xəstəlik hallarının erkən aşkar edilməsi; 

5.1.2. aşkar edilmiş xəstələri vaxtında müalicəyə cəlb etməklə, sağalma səviyyəsinin yüksəldilməsi; 

5.1.3. tibb müəssisələrində epidemiya əleyhinə tədbirləri gücləndirməkləxəstəxanadaxili yoluxmaların  qarşısının alınması;

5.1.4. vərəmli xəstələrin qeydiyyatının  yaxşılaşdırılması;

5.1.5.   vərəmlə bağlı əlillik və ölüm hallarının azaldılması;

5.1.6. vərəmin profilaktikası sahəsində əhalinin maarifləndiril-məsi.

 

6. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə Fəaliyyət Planı

           

Sıra №-si

Tədbirlərin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

6.1. Proqramın həyata keçirilməsi üzrə təşkilati tədbirlər

6.1.1.

Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-nin vərəmlə mübarizə  strategiyasına uyğun olaraq təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2016

6.1.2.

Vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2017

6.2.  Vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi

6.2.1.

Vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə təchiz edilməsi:

- Mərkəzi Referens Laboratoriyası

- Sumqayıt Vərəm Əleyhinə Xəstəxanası

- Xaçmaz Vərəm Əleyhinə Xəstəxanası

- Lənkəran Vərəm Əleyhinə Xəstəxanası

- Bərdə Vərəm Əleyhinə Xəstəxanası

-Ədliyyə Nazirliyinin ixtisaslaşdırılmış müalicə müəssisəsi

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

 

 

 

 

2016-2017

6.2.2.

Mikrobioloji laboratoriyaların  zəruri reaktiv və ləvazimatlarla təchiz edilməsi

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2020

6.2.3.

Laboratoriya avadanlıqlarının təmiri və onlara texniki xidmətin təmin edilməsi

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2020

6.2.4.

Laboratoriyaların havalandırma sistemlərinin təmiri və yenilənməsi

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2017

6.2.5.

Vərəmə qarşı dərman preparatlarının keyfiyyətinə nəzarətin təmin edilməsi

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2020

1

2

3

4

6.2.6.

Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Bakterioloji Laboratoriyanın və Vərəm üzrə Təlim Mərkəzinin yeni binalarının tikintisinin başa çatdırılması və zəruri avadanlıqlarla təchiz edilməsi

Ədliyyə Nazirliyi

 

6.3. Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi

6.3.1.

Vərəm xəstəliyinin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun  peyvəndlə əhatə edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

6.3.2.

Vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin   spesifik sınaq vasitələri ilə təmin edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

6.3.3.

Bəlğəm nümunələrinin Mərkəzi Referens Laboratoriyasına və Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin bakterioloji laboratoriyasına mərkəzləşdirilmiş qaydada  daşınmasının təşkili

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

mütəma-di

6.3.4.

Vərəm əleyhinə müəssisələrdə infeksiyaya qarşı  mühafizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə tibbi heyətin fərdi mühafizə vasitələri ilə təmin edilməsi, dezinfeksiya işlərinin aparılması

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2020

6.3.5.

Vərəm  əleyhinə tibb müəssisələrinin dərman preparatları  ilə davamlı təminatı

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2020

6.3.6.

Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində metodik sənədlərintəkmilləşdiriliməsi və yenilərinin hazırlanması

Səhiyyə Nazirliyi

2016-2018

6.3.7.

Vərəmlə mübarizə tədbirlərinin monitorinqinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi

mütəma-di

6.4. Kadr hazırlığı

6.4.1.

Vərəmin  profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə)

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2020

6.4.2.

Vərəmlə bağlı elektron proqramlarla çalışan  heyətin təlimləndirilməsi

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2017

6.4.3.

Müalicə-profilaktika müəssisələrində çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2020

1

2

3

4

6.4.4.

Vərəmlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının   təmin edilməsi 

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2016-2020

6.5. Vərəmlə mübarizəyə dair maarifləndirmə

6.5.1.

Vərəmlə mübarizəyə dair elmi-kütləvi ədəbiyyatın,  bukletlərin, vərəqələrin, plakatların çap edilməsi

Səhiyyə Nazirliyi

2016-2020

6.5.2.

Kütləvi informasiya vasitələri ilə vərəmin profilaktikasına dair əhalinin maarifləndirilməsi

 

Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

2016-2020

6.5.3.

Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsi

Səhiyyə Nazirliyi

hər il

         

 

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM