Alternative content

11:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 6
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 6
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:01 31.01.2016

 

№ 6                             Bakı şəhəri, 18 yanvar 2016-cı il

 

Azərbaycan Respublikasının  ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli 56 nömrəli qərarının 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilən torpaq sürüşməsi təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilsin.

2. Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan  sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağan edilsin.

3. Bu qərarın icrasına nəzarət  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri