Alternative content

07:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Firavan, xoşbəxt həyatın yolu sülhdən keçir...
Firavan, xoşbəxt həyatın yolu sülhdən keçir...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 28.01.2016

 

2016-cı ilin Azərbaycanda multikulturializm ili elan olunması  tarixi reallıqlar fonunda bəşəri xarakter daşıyır: bu, əslində, dünyaya çağırışdır.  Ölkəmiz  özünəməxsus milli-etnik-irqi, dini, mədəni  tolerantlıq  modeli  ilə dünyaya örnək olacaq, yol göstərəcək  qədər yüksək nəticələr qazanıb.  Xalqımızın buna tam mənəvi haqqı çatır. 

Nə qədər ki gec deyil,  dünyada günü-gündən dərinləşən və  kəskinləşən irqi, milli, dini qarşıdurmalara  son  verilməlidir. Əks təqdirdə  bəşəriyyət  daha dəhşətli fəlakətlərə düçar ola bilər. Təəssüf ki, qanlı münaqişələr təriqət qarşıdurmalarınadək  genişlənib. Şərq ölkələrindən hər gün dəhşətli xəbərlər gəlir. Son illərin statistikasında öldürülənlərin və yaralananların sayı yüz minlərlə ifadə edilir. Qaçqınların sayı milyonlarla hesablanır. Ölkələr viran qalır, xalqlar zəlil gününə salınır, əsrlərin, minilliklərin mədəniyyət irsi  məhv olur. Nəyin namınə? Hərçənd, bütün bunların arxasında “gözəgörünməz”  imperialist  və yırtıcı xislətli güc mərkəzlərinin geostrateji, siyasi-iqtisadi maraqlarının dayandığı  şəksizdir... 

Azərbaycan multikulturalizmi, tolerantlığı, birgəyaşayış  ənənələri bir neçə əsrdir milli şüur, ictimai münasibətlər  səviyyəsində   formalaşıb, bərqərar olub. Elə bu səbəbdən də bunu dəyişmək, insanlar arasında nifaq toxumu səpib cücərtmək qeyri-mümkündür.  Bununla belə, dağıtmaq həmişə qurub-yaratmaqdan, viran qoymaq abadlaşdırmaqdan daha asan olub. Odur ki, diqqətli olmalı, yiyələndiyimiz  yüksək mənəvi  dəyər göstəricisi - Azərbaycan multikulturalizm modelini qoruyub daha da rövnəqləndirməli, eyni zamanda  başqa dövlətlər, xalqlar tərəfindən də əxz edilməsinə çalışmalıyıq. Əmin-amanlığın  da, firavan, xoşbəxt həyatın  da yolu sülhdən keçir.

 

E.HƏSRƏTLİ,

Bakı