28 Yanvar 2016 12:01
726
Oxucu məktubları
A- A+

“Şəmkir səbəti”nin açılışı maraqla gözlənilir

 

Rayonumuzda aqrar sahənin, xüsusən faraş tərəvəzçiliyin inkişafı, məhsulun tədarükü və satışı sahəsində müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə Çinarlı qəsəbə bələdiyyəsinin nəzdində “Şəmkir səbəti” adlı yaşıl market kompleksi inşa olunur. İstər  alıcı, istərsə də satıcılar üçün çox sərfəli layihədir. Bakı-Qazax yolunun yaxınlığındakı beş hektar sahədə  milli memarlıq üslubunda 150 taxta köşk düzəldilib. Müxtəlif kənd təsərrüfatı məhsulları üçün ayrı-ayrı bölmələr yaradılır. Sahibkarlara xidmət məqsədilə  5 soyuducu anbar, 3 sanitariya qurğusu, çay-kafe mərkəzi  inşa olunur. Əraziyə su xətti çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Məhsulun daşınması və topdansatışının təşkili üçün xüsusi dayanacaqlar inşa olunur.

Artıq obyektdə işlər sona çatmaq üzrədir. Hazırda abadlıq, son tamamlama işləri görülür. Bu, xeyli yeni iş yerinin açılması deməkdir.

 

Könül QƏLƏNDƏROVA,

Şəmkir rayonu 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video