Alternative content

05:39 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neftçalada sənaye məhəlləsi tikintisi sürətlə davam edir
Neftçalada sənaye məhəlləsi tikintisi sürətlə davam edir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 28.01.2016

 

Əvvəllər Neftçalada kənd  təsərrüfatı ilə yanaşı, sənaye müəssisələri də fəaliyyət göstərib. Burada neft-kimya və balıqçılıqla məşğul olan müəssisələr olub. Onların bir çoxu indi də öz işini davam etdirir.

Ölkə rəhbəri İlham Əliyevin göstərişi ilə keçən ilin sentyabr ayından Neftçala şəhərində  sənaye məhəlləsinin inşasına başlanılıb. 10 hektar sahəni əhatə edən ərazidə rayonun ehtiyaclarını ödəyəcək kiçik müəssisələr fəaliyyət göstərəcək. Podratçı təşkilat tərəfindən indiyə kimi işin 60 faizi yerinə yetirilib. Hazırda 8 blokdan 4-nün tikintisi gedir. Bu bloklar arasında avtomaşınlar sərbəst hərəkət edəcək. Hər blokda da müxtəlif sahəli 32 obyekt olacaq. Burada təxminən 60-70 sahibkar fəaliyyət göstərəcək.

Sənaye məhəlləsinin kommunikasiya sistemi, elektrik enerjisi, təbii qaz təminatı, yanğınsöndürmə məntəqəsi olacaq. Bura asfalt yol çəkilir, ətrafı hasarlanır. Tikintidə 170 nəfər işçi çalışır. Sənaye məhəlləsi istifadəyə verildikdən sonra yeni iş yerlərinin açılmasına da şərait yaranacaq.

 

Vasif ƏLİYEV,

Neftçala şəhər sakini