28 Yanvar 2016 12:01
558
Oxucu məktubları
A- A+

Daha sudan korluq çəkmirik

 

Biz İsmayıllı rayonunun Zeyvə kəndində yaşayırıq. Xankəndi inzibati ərazi dairəsinə daxilik. Kəndimiz 138 evdən ibarətdir. Bir vaxtlar Rusiyanın  müxtəlif şəhərlərinə qazanc üçün gedənlər də  öz dədə-baba yurdlarına qayıdıblar. Bundan sonrakı həyatlarını da burada davam etdirməyə qərar veriblər. Dövlət qayğısını həmişə  hiss edir, nəticələri də görürük. Elə bir çətinliyimiz yoxdur. Bircə içməli su  təminatımız zəif idi.

Bir vaxtlar üzümçülük təsərrüfatı olan Zeyvədə artezian quyusu qazılmışdı. Sonralar təsərrüfat ləğv olundu, artezian da baxımsızlıqdan sıradan çıxdı. Bu yaxınlarda vəziyyət barədə aidiyyəti təşkilatlara müraciət etdik. Sağ olsunlar. Müraciətimizə çox tez əməli cavab verdilər. Rayon icra  hakimiyyətinin bilavasitə köməyi ilə imkanlar səfərbərliyə alındı, yenidən  qazma işləri  aparılmaqla artezian bərpa olundu. Lazımi avadanlıqlar  quraşdırıldı. Problemin həllində əməyi olanların hamısına çox sağ olun deyir, minnətdarlığımızı bildiririk.

        

Balaşükür İSGƏNDƏROV,

Köçalı ƏZİZOV,

Ataş MƏSİMOV

İsmayıllı rayonu, Zeyvə kəndinin sakinləri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video