Alternative content

04:24 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaraçöhrə meşəliyi baxımsız qalıb
Qaraçöhrə meşəliyi baxımsız qalıb
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 28.01.2016

 

Lerik rayonunun dağlar qoynunda yerləşən Hamarat kəndi füsunkar təbiəti ilə görənləri valeh edir. Ulu Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Torpağı bərəkətli, suyu boldur. Yamaclarda, dərələrdə, təpələrdə çox sayda dərman otları bitir. Hamaratdan bir az aralı, dəniz səviyyəsindən 1300 metr hündürdəki ərazidə isə neçə illərin yadigarı olan qaraçöhrə ağacları baş-başa verib...

Qaraçöhrə - dünyada nadir ağac növüdür. Azərbaycanda Qəbələ rayonunda rast gəlinir. Həmişəyaşıl, iynəyarpaqlıdır. Qaraçöhrə meşəliyi isə təkcə Hamarat kəndindədir. Bu meşəlikdə 140 ağac var. Dünya şöhrətli təbiətşünas alim Həsən Əliyev buranı “təbiətin canlı muzeyi” adlandırmışdı.

 Təəssüf ki, hazırda bu təbiət abidəsində acınacaqlı vəziyyət yaranıb: ağacların çoxuna balta vurulub. Kəndin mal-qarası da ağaclara ziyan verib. Bu meşəliyə diqqət göstərib qoruyan yoxdur.

Qaraçöhrə meşəliyini mühafizə etmək, təbiətin bu nadir incisindən düzgün yararlanmaq kimliyindən asılı olmayaraq hər kəsin borcudur.

 

Zəfər ORUCOĞLU,

Lerik rayonu