Alternative content

23:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sözünü rəsmləri ilə deyir
Sözünü rəsmləri ilə deyir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 28.01.2016

 

Ayşən Novruzovanı Siyəzəndə keçirilən bir tədbirdə görmüşdüm. Əlillər günündə onun çəkdiyi şəkillər sərgilənirdi. Sakitcə rəsmlərinin yanında dayanaraq tamaşaçıları məmnunluqla seyr edirdi.

Sərgiyə gələnlər də onun çəkdiyi  şəkillərə biganə deyildilər. Ayşən nə danışa, nə də eşidə bilir. Amma onun rəsmlərinə baxanda bir dünya ilə qarşılaşırsan. Sevgi, ümid, inam və arzulardan yaranan bu palitra dünyası ona özünü bütünlüklə ifadə etmək imkanı verib. Balaca rəssamın onlarca şəkli rayon,  respublika əhəmiyyətli müsabiqələrdə qalib olub.

Bu gün həmyaşıdları onu  “rəssam” deyə çağırırlar. Siyəzən şəhər tam orta məktəbin 3-cü sinfində oxuyur. Rayonda  keçirilən əksər mədəni-kütləvi tədbirlərdə Ayşənin rəsmləri sərgilənir.  Öz  hisslərini və fikirlərini fırçası ilə söyləyən Ayşən rənglərin dili ilə danışır, onlar vasitəsilə də dünyanı həssaslıqla duyur...                

 

İ.MURADZADƏ,

Siyəzən rayonu