28 Yanvar 2016 12:01
736
Oxucu məktubları
A- A+

Şagirdlər soyuqda qalıb

 

Qaz xətti isə məktəbdən iki metrlik məsafədədir

 

Bərdə Rayon Təhsil Şöbəsi öz imkanları daxilində qış qayğıları ilə bağlı zəruri tədbirlər görüb. Təhsil müəssisələrinin qızdırılması, pis-yaxşı, müxtəlif üsullarla təmin olunur. Yeni tikilmiş, yaxud əsaslı təmir olunmuş məktəblərin çoxunda müasir istilik sistemləri işləyir. Bəzi məktəblər odunla, bəzi məktəblər isə maye yanacaqla qızdırılır.

Şahvəlilər kənd tam orta məktəbi isə artıq neçə ildir çətin qış sınaqları qarşısında aciz qalıb. Bu kənd Ağdam rayonu ilə həmsərhəddir, cəbhə xəttinə yaxın məsafədə yerləşir. 2011-ci ildə kənddə müasir tipli yaraşıqlı məktəb binası tikilib. Məktəbin qızdırılması üçün istilik sistemi də qurulub. Amma onun işləməsi elə bil tilsimə düşüb.

Kəndə daxil olan əsas qaz xətti məktəb qazanxanasının yanından keçir. Ara məsafəsi heç 2 metr də deyil. Kənd  evlərində qaz gurhagur yanır, məktəb isə illərdir bu rahatlığa həsrət qalıb. Deyirlər ki, problem qaz sayğacının olmamasıdır. Belə ki,  sayğac xeyli baha - 3-4 min manatdır. Onu almağa isə nə məktəbin, nə də rayon təhsil şöbəsinin imkanı var.

Məktəbin direktoru Səkinə Yediyarova vəziyyətin dözülməz olduğunu bütün ünvanlara çatdırır, məktəbin qazlaşdırılmamasının şagirdlərin davamiyyətinə, tədrisin keyfiyyətinə ciddi təsirini həyəcanla, həm də uca səslə bəyan edir. Ancaq istilik problemi həll olunmur ki, olunmur. Soyuqdan donan şagirdlərin, elə müəllimlərin də harayına çatan hələ ki yoxdur. Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu  Şərifovun “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı 1 dekabr 2015-ci il tarixli məktubundan da səs-səmir gəlmir. Məktubda 2013-cü ildə istifadəyə verilmiş yeni məktəb binasına qaz xəttinin çəkilməsi, həmçinin 2010-cu ildə inşa edilmiş 640 yerlik Kətəlparaq kənd tam orta məktəbinin qazanxanasının qaz xəttinə birləşdirilməsi xahiş olunur.

Beləcə, şagirdlərin, müəllimlərin, elə valideynlərin də gözləri yolda, qulaqları səsdədir. Bilmək istəyirlər ki, dövlətin külli miqdarda vəsait sərf edib tikdirdiyi müasir məktəb binaları nə vaxtacan qızdırılmayacaq?! Görəsən, “Azəriqaz” rəhmə gələrək sponsorluq edə, qaz sayğacının və texniki şərtin pulunu cibindən ödəyə bilərmi? Heç olmazsa gələcəyimiz sayılan balaların xatirinə. Axı qurum elə də imkansız deyil!

 

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video