28 Yanvar 2016 12:01
833
Oxucu məktubları
A- A+

Əlincəqalada VII əsrə aid nadir sikkə tapılıb

 

Ötən ilin yaz aylarından başlayaraq Əlincəqalada bərpa prosesi ilə yanaşı, yeni tədqiqat işləri də aparılır. 2014-cü ildə imzalanmış “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” sərəncama uyğun olaraq, Əlincəqalanın tarixini öyrənmək üçün AMEA Naxçıvan Bölməsində Vəli Baxşəliyevin rəhbərliyi ilə xüsusi tədqiqat qrupu yaradılmışdı.

Tədqiqat qrupu ötən müddət ərzində xeyli sayda tarixi eksponat əldə edib. Bu yaxınlarda aparılan araşdırmalar zamanı biri qurğuşun, digəri isə gümüşdən kəsilən iki sikkə tapılıb. Üzərində ərəb xəlifəsinin təsviri olan qurğuşun sikkənin tarixi hələlik dəqiqləşdirilməyib. Üzərində süvari təsviri olan gümüş sikkənin isə VII əsrdə Daşkənddə zərb edildiyi müəyyənləşdirilib. Bu tapıntı Əlincəqalanın nəinki VII əsrdə mövcud olmasına, həmçinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-mədəni əlaqələr qurmasına dəlalət  edir.

Tarixçi alimlərin bildirdiyinə görə, nadir rast gəlinən bu sikkə indiyədək Azərbaycan ərazisində aşkar olunmayıb. Bu sikkənin VII əsrdə bura gətirilməsi özü də Əlincəqalanın əsrarəngiz tarixindən xəbər verir.

 

Sara ƏZİMOVA,

“Şərq qapısı” qəzetinin əməkdaşı,

Naxçıvan

лахудра

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video