Alternative content

21:50 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsində avropalı qonaqlarla görüş keçirilmişdir
Konstitusiya Məhkəməsində avropalı qonaqlarla görüş keçirilmişdir
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
03:04 06.04.2012

 

Konstitusiya Məhkəməsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqlara rəhbərlik etdiyi qurum haqqında məlumat verərək demişdir ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Konstitusiya Məhkəməsi isə 1998-ci ildə yaradılmışdır. Gənc təsisat olmasına baxmayaraq, Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq təcrübədən istifadə edərək fəaliyyətini təkmilləşdirmişdir.

Konstitusiya Məhkəməsinin hüquqları və səlahiyyətləri Azərbaycan Konstitusiyasının 130-cu maddəsində əks olunmuşdur. Azərbaycanın  Konstitusiya Məhkəməsi qanunların və digər hüquqi aktların Konstitusiyaya uyğunluğuna nəzarət edir. Müvafiq dövlət təsisatları ilə yanaşı, vətəndaşların da birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqları vardır. Konstitusiya Məhkəməsinin mühüm funksiyalarından biri də qanunlara rəsmi şərh verməsidir.

Nümayəndə heyətinin rəhbəri xanım Qudrun Mosler-Törnström Azərbaycana səfərlərinin məqsədi haqqında danışaraq demişdir ki, bir sıra bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətləri ilə tanış olduq. Azərbaycanda bələdiyyələrin fəaliyyətini tənzimləmək üçün demokratik qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli hakimiyyətlərin formalaşmasına kömək göstərir.

Xanım Qudrun Mosler-Törnström Azərbaycanda bələdiyyələrin də gənc təsisat olduğunu bildirmiş, onlara hüquqi yardım göstərilməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmış, hüquqi məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc