Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:46 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 2
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 2
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:01 13.01.2016

 

№ 2                                        Bakı şəhəri, 12 yanvar 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 dekabr tarixli 372 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 7-1 - 7-7-ci hissələr əlavə edilsin:

 

7-1.      Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

7-2.      Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı

7-3.      Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı

7-4.      Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı

7-5.      Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

7-6.      Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

7-7.      Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

 

2. 22-33-cü hissələr ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM